2019-cu il yanvarın 30-dan fevralın 1-dək Yaponiyanın paytaxtı Tokioda Nanotexnologiyalar üzrə beynəlxalq sərgi-konfrans keçiriləcək.
expoclub.ru saytının məlumatına görə, sərgi 2002-ci ildən “Nano Bio Expo”, “Neo functional material”, “ASTEC” kimi tematik sərgilərlə birgə keçirilir. 2018-ci ildə tədbiri 44437 mütəxəssis ziyarət edib. Sərgidə Yaponiyanın 359 və 23 ölkənin 197 şirkəti iştirak edib.
“Nano Tech 2019”da nanotexnologiyalar, informasiya texnologiyaları, ixtira və innovasiyalar, tibbi avadanlıqlar, kosmik texnologiyalar və s. təqdim ediləcək. Həmçinin müvafiq sahələr üzrə aparılmış elmi araşdırmaların nəticələri müzakirə olunacaq.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.