AMEA-da “Magistr-2017” müsabiqəsi keçiriləcək 26.01.2017    12:35

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin müvafiq sərəncamına əsasən cari ilin may-iyun aylarında AMEA-da “Magistr-2017” müsabiqəsi keçiriləcək. Əsas məqsəd AMEA-da magistratura təhsilini daha da təkmilləşdirmək, magistrantların elmi nailiyyətlərinin və yaradıcılıq potensialının artırılmasına dəstək vermək, təhsildə, elmdə yüksək nəticələr göstərən, intellekti və bacarığı ilə fərqlənən istedadlı gəncləri həvəsləndirməkdir.

Müsabiqədə AMEA-nın magistraturasında təhsil alan 1-ci və 2-ci kurs tələbələri iştirak edə bilərlər. Yekunda hər kurs üzrə ən yüksək nəticələr göstərmiş üç magistrant mükafatlandırılacaq. Qaliblərin mükafatlandırılması onların hər birinə müvafiq diplom verilməklə aşağıdakı qaydada aparılacaq:

I yer – 1500 manat;

II yer – 1000 manat;

III yer – 500 manat.

Qeyd edək ki, sənəd qəbulu müsabiqənin başlaması və şərtləri haqqında elan dərc edildikdən sonra həyata keçiriləcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti