“Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri” adlı Beynəlxalq elmi konfrans keçiriləcək 09.02.2015    11:31

8-13 sentyabr 2015-ci il tarixlərdə Bakıda “Riyazi analiz, diferensial tənliklər və onların tətbiqləri” adlı Azərbaycan - Türkiyə - Ukrayna Beynəlxalq elmi konfransı (MADEA-7) keçiriləcək. Konfransın təşkilatçıları AMEA Riyaziyyat və Mexanika İnstitutu, Azərbaycan Milli Aviasiya Akademiyası, Türkiyənin Mersin Universiteti, Ukrayna MEA Riyaziyyat İnstitutu, Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universiteti və Ukrayna MEA Y.A.Mitropolski adına Beynəlxalq Riyaziyyat Mərkəzidir.

İngilis, rus və türk dillərində keçiriləcək konfransda tətbiqi analiz, yaxınlaşma nəzəriyyəsi, ekstremal problemlər, funksional analiz, funksional-diferensial və stoxastik tənliklər, harmonik analiz, inteqral dəyişikliklər, diferensial tənliklər nəzəriyyəsində keyfiyyətli və asimptotik üsullar, natamam diferensial tənliklər və digər elmi sahələr üzrə müzakirələrin aparılması gözlənilir.

Qeydiyyat 8-9 sentyabr 2015-ci il tarixlərdə keçiriləcək. Məruzələr cari ilin 31 may tarixinədək qəbul olunacaq.

Konfrans haqqında ətraflı məlumatı madea2015.imm.az saytından əldə etmək olar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
Xİdmətlər
İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı
"İNFORMASİYA TEXNOLOGİYALARI"
NƏŞRİYYATI
ELMİ JURNALLAR
İNFORMATİKA TERMİNLƏRİNİN
İZAHLI LÜĞƏTİ
İnformatika Terminlərinin İzahlı Lüğəti