Təhsil 4.0 platformasında elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənilməsi ilə bağlı tədqiqatlar davam etdirilir Avqust 04, 2023 | 10:14 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin 2023-cü il üzrə yarımillik hesabatı müzakirə olunub. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev struktur bölmənin elmi-tədqiqat fəaliyyətinin əsas istiqamətinin Big Data analitikası və Data  Mining problemləri üzrə müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsinin olduğunu diqqətə çatdırıb.

F.Ağayev bildirib ki, bu istiqamətdə “Təhsil 4.0 platformasında elektron təhsil mühitinin idarə edilməsi və onun metodoloji əsaslarının işlənilməsi” mövzusunda araşdırmalar aparılır. Onun sözlərinə görə, Təhsil 4.0 platformasında fasiləsiz təhsil üzrə fərdyönümlü təhsil mühitinin formalaşdırılması məsələsi, həmçinin biliklərin qiymətləndirilməsi metodları işlənilib.

O, Təhsil 4.0 platformasında elektron  təhsil mühitinin təşkili və intellektual idarə olunması proseslərinin modelləşdirilməsi mövzusunda araşdırmaların aparıldığını, Data Mining texnologiyasının tətbiqi ilə elektron təhsilin idarə edilməsinin səmərəliliyinin artırılması metodlarının işlənildiyini qeyd edib.

“Şöbədə, həmçinin, “Təhsil 4.0 platformasında bulud texnologiyasının əsasında  elektron təhsilin formalaşdırılması problemlərinin təhlili” məsələləri mövzusunda tədqiqat aparılır. 6 ay ərzində bu istiqamətdə Təhsil 4.0 platformasında bulud texnologiyası əsasında elektron təhsil kontentinin formalaşdırılmasında Data mining metodlarının tətbiqi, eyni zamanda bulud texnologiyası əsasında elektron təhsil kontentinin idarə edilməsi problemləri və s. kimi məsələlərə baxılmışdır”, - deyə şöbə rəhbəri qeyd edib.

Sonra məruzəçi diqqətə çatdırıb ki, şöbədə “Təhsil 4.0 platformasında elektron  təhsilin idarə olunmasında təhsil mühitinin formalaşdırılması” mövzusunda tədqiqatlar da davam etdirilir, elektron tədris modellərinin analizi məsələləri araşdırılır.

F.Ağayev “Təhsil 4.0 platformasında elektron təhsil standartlarının və proqram təminatının tətbiqi məsələləri” mövzusunda aparılan tədqiqatlardan da bəhs edib. Bildirib ki, bu tədqiqat işi üzrə Təhsil 4.0 platformasında elektron təhsildə müasir proqram təminatlarının təhlili və müasir elektron təhsil standartlarının tədbiqi ilə bağlı mövzular işlənilir.

Daha sonra şöbə rəhbəri nüfuzlu beynəlxalq jurnallarda nəşr olunan məqalələr, eyni zamanda şöbə əməkdaşları tərəfindən respublika və beynəlxalq səviyyəli konfranslara təqdim olunan tezislər barədə məlumat verib.

Hesabata dair geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin yarımillik hesabatı ilə bağlı təklif və tövsiyələrini səsləndirib, Təhsil 4.0 platformasında biliklərin qiymətləndirilmə metodlarının işlənilməsi, bu platformada elektron təhsil mühitinin təşkili və intellektual idarə olunması proseslərinin modelləşdirilməsi məsələlərinin dərindən araşdırılmasının, eləcə də dünyada bu sahədə olan yanaşmaların tədqiq edilməsinin vacibliyini qeyd edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı