Elektron dövlət mühitində Azərbaycan dili ekosisteminin yaradılması ilə bağlı tədqiqatlar davam etdirilir İyul 19, 2023 | 03:37 / Konfranslar, iclaslar

AR Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda 2023-cü il üzrə 6 aylıq hesabat iclaslarına start verilib.

İnstitutun Elmi Şurasının iclasında 1 saylı şöbənin 2023-cü il üzrə yarımillik hesabatı dinlənilib.

İclasda 1 saylı şöbənin müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov çıxış edərək 6 ay ərzində rəhbərlik etdiyi struktur bölmədə rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində tədqiqatların davam etdirildiyini söyləyib.

O, rəqəmsal  dövlətin formalaşması və intellektuallaşdırılması problemləri çərçivəsində “E-dövlətin təkmilləşdirilməsi üçün modellər və metodlar”, “IV sənaye inqilabının sosial-iqtisadi trendlərinin araşdırılması”, “Elektron demoqrafiya platformasında fərdlərin sosial kreditlərinin və davranışlarının anaizi üçün metod və alqoritmlərin işlənməsi”, “İnformasiya cəmiyyəti problemləri kontekstində folklorun elmi-nəzəri əsaslarının araşdırılması”, “Elektron dövlət mühitində emosional faktorlardan istifadə etməklə vətəndaşın davranışının qiymətləndirilməsi”, “E-dövlət veb-saytlarının vətəndaşyönümlü yanaşma əsasında qiymətləndirilməsi”, “Rəqəmsal maliyyə aktivləri bazarının inkişaf tendensiyalarının analizi” mövzularında tədqiqatların aparıldığını nəzərə çatdırıb.

Azərbaycan dilinin İKT, İKT-nin Azərbaycan dili problemləri üzrə “Virtual məkanda dil problemlərinin araşdırılması və müvafiq təkliflərin işlənməsi”, “Elektron dövlət mühitində emosional faktorlardan istifadə etməklə vətəndaşın davranışının qiymətləndirilməsi” mövzularında aparılan araşdırmaların nəticələri barədə məlumat verib.

Azərbaycanda elm tarixinin yaranması və inkişafı tarixinin araşdırılması problemi üzrə də tədqiqatların aparıldığını deyən şöbə müdiri bu istiqamətdə “Azərbaycanda informatikanın meydana gəlməsi, təşəkkülü və inkişaf mərhələlərinin araşdırılması” mövzusunda tədqiqatların aparıldığını, müəyyən nəticələrin əldə edildiyini söyləyib.

F.Yusifov bildirib ki, 6 ay ərzində milli elektron dövlət mühitinin formalaşmasının konseptual əsasları, elektron dövlət mühitində Azərbaycan dili ekosisteminin yaradılması ilə bağlı araşdırmalar aparılmış, dil sənayesi biliklər iqtisadiyyatı kontekstində araşdırılmış, rəqəmsal iqtisadiyyatın kiberdayanıqlığının təmin edilməsi problemləri tədqiq olunmuşdur.

Şöbə müdiri “E-demoqrafiya sistemi cəmiyyətin rəqəmsal əkizi kimi”, “Ağıllı ev” mühitində insan davranışının analizi üçün yeni yanaşma”, “Texnoloji innovasiyaların təsiri ilə Azərbaycan dilində meydana gələn transformasiyalar (virtual folklorik kommunikasiya kontekstində)”, “Folklordan qaynaqlanan süni intellekt modellərinin müqayisəli analizi” ilə bağlı aparılan araşdırmaların nəticələrini də iclas iştirakçılarının diqqətinə çatdırıb.

F.Yusifov yarım il ərzində aparılan tədqiqatların nəticələrinin “Web of Science”, “Springer”, “Scopus” kimi nüfuzlu bazalara daxil olan jurnallarda öz əksini tapdığını deyib. Eyni zamanda şöbə əməkdaşları tərəfindən respublika və beynəlxalq səviyyəli konfranslara təqdim olunan tezislər barədə məlumat verib.

Sonra AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev şöbənin yarımillik hesabatına dair fikirlərini bölüşüb. Alim hər bir əməkdaşa növbəti 6 ay ərzində elmi fəaliyyətini daha da gücləndirməyi, prioritet elmi problemlərə diqqət ayırmağı, nüfuzlu beynəlxalq elmi jurnallarda məqalələr çap etdirməyi tövsiyə edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı