Tibbi informatika sahəsində İnformasiya Texnologiyaları İnstitutu və Deggendorf Texniki Universiteti arasında elmi əməkdaşlıq məsələləri müzakirə olunub Aprel 13, 2023 | 05:04 / Görüşlər

Almaniyanın Deggendorf Texniki Universitetinin professorları – Siegfried JedamzikHorst Kunhardt, bu elmi qurumda tibbi informatika üzrə təhsil alan azərbaycanlı tələbə Fidan Rəhimli və İnformasiya Texnologiyaları İnstitutunun bir qrup əməkdaşı arasında onlayn görüş keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev, icraçı direktor, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdirləri – AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev və AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev iştirak ediblər.

Görüşdə tibbi informatika, e-tibb, süni intellekt, Big Data, kibertəhlükəsizlik, IV Sənaye İnqilabı və rəqəmsal transformasiyalar kontekstində tibbi məlumatların toplanması, intellektual emalı və s. kimi məsələlər müzakirə olunub.

Eyni zamanda, görüş çərçivəsində müvafiq istiqamətdə əməkdaşlıq münasibətlərinin qurulması perspektivləri, tibdə İKT-nin tətbiqi sahəsində Almaniyanın təcrübəsi, xüsusən yüksəkixtisaslı kadrların hazırlanması, kadr mübadiləsi, hər iki qurumun alim və mütəxəssislərinin iştirakı ilə tədqiqatların aparılması, qrant layihələrində birgə iştirak, elmi seminarların təşkili, əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması və s. ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı