Saxta jurnalların avtomatik identifikasiyası üçün alqoritmin işlənilməsi nəzərdə tutulur Aprel 05, 2023 | 03:54 / Konfranslar, iclaslar

2023-cü ildə İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal transformasiyalar və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri əsaslarının araşdırılması və inkişaf etdirilməsi istiqamətində e-elmin formalaşması və elmmetriya problemləri üzrə araşdırmalar aparılacaq.

Bu barədə institutun Elmi informasiya və elmmetriya şöbəsinin 2023-cü il üzrə fəaliyyət planının müzakirəsi zamanı məlumat verilib. Şöbə müdiri Mədinə Səidova planı təqdim edərək bildirib ki, “E-kitabxanaların metaverilənləri əsasında elmmetrik qiymətləndirmə meyarlarının tətbiqi ilə intellektual informasiya sistemi konsepsiyasının işlənilməsi”, eləcə də “Azərbaycanda intellektual e-kitabxanaların formalaşması problemləri və həlli yolları” mövzularının işlənməsi də 2023-cü il üzrə fəaliyyət planına daxildir.

M.Səidova cari il ərzində respublika və digər ölkələrin Ali Attestasiya Komissiyasının siyahısına daxil olan, eləcə də nüfuzlu beynəlxalq elmi bazalarda indeksləşən jurnallarda məqalələrin çapı ilə bağlı nəzərdə tutulan planı diqqətə çatdırıb.

Daha sonra şöbə müdiri elmi-innovasiya fəaliyyəti üzrə yırtıcıoğurlanmış jurnalların seçilməsi ilə bağlı əməkdaşlara konsaltinq xidmətlərinin göstərilməsi, antiplagiat xidmətlərinin təşkili və istismarının həyata keçirilməsi ilə bağlı görülmüş işlər haqqında məlumat verib. 

Həmçinin şöbədə beynəlxalq elmi əməkdaşlıq əlaqələri çərçivəsində “Exlibris” və “Crossref” şirkətləri ilə əməkdaşlıq münasibətləri haqqında danışıb. Şöbə əməkdaşlarının elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda, seminarlarda və digər elmi tədbirlərdə iştirakı barədə məlumatları iclas iştirakçılarının nəzərinə çatdırıb.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin nəzdində elmi analitika xidmətinin yaradılmasının vacibliyini qeyd edib, e-elmin formalaşması və elmmetriya  problemlərinin həlli istiqamətində aparılan tədqiqatlarla bağlı öz təklif və tövsiyələrini səsləndirib. Alim istinadlar şəbəkəsi əsasında elmi əsərlərin qiymətləndirilməsi, saxta jurnalların identifikasiya metodlarının analizi, e-kitabxanalarda elmi nəşrlərin qiymətləndirilməsi, eləcə də bulud əsaslı e-kitabxanaların arxitektur-texnoloji prinsiplərinin işlənilməsi üzrə tədqiqatların genişləndirilməsinin, bu istiqamətdə məqalələrin hazırlanması və nüfuzlu jurnallarda çap olunmasının vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı