İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı beynəlxalq jurnalın redaksiya heyətində təmsil olunur Mart 31, 2023 | 02:05 / Mühüm hadisələr

Məlum olduğu kimi, İnformasiya Texnologiyaları İnstitutunda fəaliyyət göstərən alim və mütəxəssislər mütəmadi olaraq dünyanın nüfuzlu elmi bazaları və jurnalları ilə əməkdaşlıq edir. Belə ki, institutun əməkdaşları nüfuzlu jurnallarda məqalələrə rəylərin yazılmasında iştirak edir, beynəlxalq konfransların təşkilat komitəsində təmsil olunurlar.

İnstitutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “Journal of Applied Engineering Science”in beynəlxalq redaksiya heyətinin üzvü seçilib.

“Journal of Applied Engineering Science” maşınqayırma, nəqliyyat, vətəndaş mühəndisliyi və s. sahələrdə tədqiqatların nəticələrinin təkmilləşdirilməsi və metodların, texnikaların və texnologiyaların tətbiqinə həsr olunmuş beynəlxalq jurnaldır.

Qeyd edək ki, jurnal “Scopus”, “DOAJ”, “Crossref” “CIndeks”, “Kobson” və digər bazalarda indeksləşir və referatlaşdırılır.

“Journal of Applied Engineering Science” aşağıdakı elmmetrik göstəricilərə malikdir:

İmpact Score: 1.76

SCImago Journal Rank (SJR): 0.297

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı