İnstitutda elektron təhsilin formalaşması və intellektuallaşdırılması problemləri üzrə tədqiqatlar aparılır Mart 29, 2023 | 09:18 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 8 saylı şöbəsinin 2023-cü il üzrə fəaliyyət planı müzakirə olunub. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev struktur bölmənin elmi-tədqiqat fəaliyyətinin əsas istiqaməti kimi “Elektron təhsilin formalaşması və intellektuallaşdırılması problemləri” üzrə tədqiqatların aparılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

F.Ağayev bildirib ki, bu istiqamətdə icra olunan “Education 4.0 platformasında elektron təhsil sistemin idarə edilməsi və onun metodoloji əsaslarının işlənməsi” mövzusu üzrə Education 4.0 platformasında elektron təhsilin  formalaşmasının aktual elmi-nəzəri problemləri, bu platformada elektron təhsil indikatorların və qiymətləndirilmə metodlarının işlənilməsi, elektron təhsildə biliklərin qiymətləndirmə metodlarının işlənməsi istiqamətində tədqiqatlar aparılacaq.

Məruzəçi həmçinin Education 4.0 platformasında Data Mining texnologiyasının tətbiqi ilə elektron təhsilin idarə edilməsinin səmərəliyinin artırılması metodlarının işlənməsi və e-təhsil üzrə tələbələrin qiymətləndirilməsində Data Mining metodlarının tətbiqi üzrə araşdırmaların davam etdiriləcəyini diqqətə çatdırıb.

Şöbə  müdiri “Education 4.0 platformasında bulud texnologiyası əsasında elektron təhsilin formalaşdırılması problemlərinin təhlili”, “Education 4.0 platformasında elektron təhsilin idarə olunmasında təhsil mühitinin formalaşdırılması” və “Education 4.0 platformasında elektron təhsil standartlarının və proqram təminatının tətbiqi məsələləri” mövzularında aparılacaq tədqiqatlardan bəhs edib, tədqiqatların nəticələrinin beynəlxalq jurnallara təqdim olunmasının planlaşdırıldığını vurğulayıb.

Elmi-pedaqoji fəaliyyət haqqında məlumat verən məruzəçi cari ildə bakalavr və magistrlər üçün mühazirə və seminarların keçiriləcəyini, İKT üzrə kurslarda tədris işlərinin həyata keiriləcəyini və ali təhsil müəssisələrindən gələn tələbələrə elmi-pedaqoji və istehsalat təcrübəsinə rəhbərlik ediləcəyini diqqətə çatdırıb.

F.Ağayev, həmçinin şöbənin elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, tanınmış elmi jurnallarda məqalələrin nəşri, müxtəlif təyinatlı kitab və kitabçaların hazırlanması, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı 2023-cü ildə görüləcək tədbirləri diqqətə çatdırıb.

Daha sonra şöbəyə təhkim olunmuş magistrant, doktorant və dissertantların elmi fəaliyyətlərinin monitorinqi aparılıb.

Fəaliyyət planına dair geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin plan layihəsi ilə bağlı təklif və tövsiyələrini səsləndirib, Education 4.0 platformasında elektron təhsil mühitinin formalaşması məsələlərinin dərindən araşdırılmasının, dünyada bu sahədə yanaşmaların tədqiqinin vacibliyini qeyd edib.

Sonda təklif və tövsiyələr nəzərə alınmaqla şöbənin fəaliyyət planı Elmi şuranın qərarı ilə qənaətbəxş hesab olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı