İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları Fəxri Fərmanla təltif olunublar Fevral 02, 2023 | 04:44 / Mühüm hadisələr

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşları informasiya texnologiyaları sahəsində səmərəli elmi-praktiki fəaliyyətlərinə görə institutun Fəxri Fərmanı ilə təltif olunublar.

Belə ki, institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov 70, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev isə 60 illik yubileyləri münasibətilə Fəxri Fərmana layiq görülüblər.

Fəxri fərmanları yubilyarlara institutun Elmi şurasının iclasında AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev təqdim edib.

Akademik R.Əliquliyev çıxış edərək, onların yüksək peşəkarlıq səviyyəsi, səmərəli və məhsuldar fəaliyyəti, əldə etdikləri nailiyyətləri ilə hər zaman rəhbərliyin və kollektivin diqqət mərkəzində olduqlarını söyləyib. İnstitutun çoxillik fəaliyyətində və inkişafında müstəsna xidmətləri olan R.Ələkbərova və F.Ağayevə xas olan insanpərvərlik, əməksevərlik, təvazökarlıq və məsuliyyətlilik kimi nəcib insani keyfiyyətlərin onlara institutda böyük rəğbət qazandırdığını vurğulayıb. Alim yubilyarları ürəkdən təbrik edib, onlara möhkəm cansağlığı, bundan sonrakı fəaliyyətlərində yeni nailiyyətlər arzu edib.

Sonra çıxış edən yubilyarlar İnformasiya Texnologiyaları İnstitutunda elmi fəaliyyətin hər zaman yüksək qiymətləndirildiyini qeyd ediblər, institutun rəhbərliyi və kollektivinə minnətdarlıqlarını bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı