İnstitutun əməkdaşları “ANKOSLink 2022” beynəlxalq konfransında iştirak ediblər Dekabr 02, 2022 | 03:21 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun elmi katibi Nərmin Adıgözəlova və Elmi informasiya və elmmetriya şöbəsinin müdiri Mədinə Səidova Türkiyənin Antalya şəhərində “İnformasiyanın əldə edilməsində bərabərsizlik və davamlılıq” mövzusunda keçirilən “ANKOSLink 2022” beynəlxalq konfransında iştirak ediblər. Konfransda ölkəmiz Bakı Dövlət Universitetində fəaliyyət göstərən Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu (Az.KİK) ilə təmsil olunub. Qeyd edək ki, İnformasiya Texnologiyaları İnstitutu Az.KİK-nin üzvüdür.

Anadolu Universitet Kitabxanaları Konsorsiumu (ANKOS) tərəfindən təşkil olunan konfrans Türkiyədə nəşriyyat və kitabxanaçılıq sahəsində ən mühüm tədbirlərdən biridir.

Dünyanın müxtəlif ölkələrindən 200-ə yaxın universitet və 60-dan çox şirkətin, 500-dən çox kitabxana və konsorsium rəhbərinin, kitabxana-informasiya mütəxəssislərinin qatıldığı konfransda elektron xidmətlər, açıq məlumat bazaları, informasiya əldə etməkdə davamlılıq, məlumat əldə etməkdə bərabərlik, yeni öyrənmə platformaları, davamlı rəqəmsal mühafizə, elm və təhsil resursları, verilənlər bazasının idarəedilməsi, süni intellektin kitabxana işinə tətbiqi, nəşriyyat sahəsindəki inkişaflar və kitabxanalarda yaxşı təcrübələr, beynəlxalq nəşriyyatlara abunəlik və s. kimi məsələlər müzakirə olunub.

Beynəlxalq tədbir çərçivəsində, həmçinin Az.KİK-ə üzv olan kitabxanaların rəhbər və əməkdaşlarından ibarət nümayəndə heyəti ilə ANKOSLink-in təşkilatçıları, tanınmış nəşriyyatların Türkiyə üzrə nümayəndələri arasında görüşlər keçirilib. Konfransın bölmə iclaslarında EBSCO, IEEE, “Clarivate Analytics”, “Wiley”, “Wolters Kluwer”, “Gemini” nəşriyyatlarının təmsilçiləri müvafiq sahədə əməkdaşlıq perspektivlərinə dair məruzələlərlə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı