Proqram mühəndisliyi və informasiya təhlükəsizliyinin elmi-nəzəri problemləri müzakirə edildi Noyabr 21, 2022 | 10:33 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 7 saylı şöbəsinin 2022-ci il üçün hesabatı dinlənildi. Hesabatı təqdim edən şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov şöbənin cari il ərzində elmi-tədqiqat fəaliyyəti, elmi-innovasiya fəaliyyəti, konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri, şöbədə keçirilmiş elmi seminar və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.

Məruzəçi bildirdi ki, cari ildə tədqiqatlar  informasiya texnologiyalarının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində “Proqram mühəndisliyinin elmi-nəzəri problemləri” və “İnformasiya  təhlükəsizliyinin elmi-nəzəri problemləri” üzrə aparılmışdır.

T. Kazımov elmi-tədqiqat işləri üzrə məlumat verərək “İntellektual proqram sistemlərinin sintezi üçün metod və alqoritmlərin işlənilməsi”, “Proqram sistemlərinin etibarlılığının yüksəldilməsi  üçün metod və modelin işlənilməsi”, “Proqram sistemi vasitələrinin sınaq metodlarının araşdırılması”  və  “İntellektual texnologiyaların tətbiqi ilə uşaqların İnternetdə qorunması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda tədqiqatların aparıldığını bildirdi. Mövzu üzrə çap olunmuş məqalələr və məruzə olunmuş konfrans materiallarını nəzərə çatdırdı. O, qeyd etdi ki, intellektual proqram sistemlərinin layihələndirilməsi üçün model  və  müasir intellektual texnologiyalardan istifadə etməklə intellektual instrumental proqram sisteminin sintezi üçün metod işlənmişdir.  

Proqram sisteminin etibarlılığının qiymətləndirilməsi üçün mövcud metodlar araşdırılmış, proqram təminatının mürəkkəbliyinin qiymətləndirilməsi üçün yeni metod işlənmiş, proqram kodunda olan səhvlərin proqnozlaşdırılması üçün ansambl təlimi metodu tətbiq edilmişdir. Həmçinin proqram sisteminin sınağında istifadə olunan süni intellekt texnologiyaları və maşın təlimi metodları təhlil edilmişdir.

Qeyri-səlis məntiqi çıxarış əsasında uşaqların informasiyaya girişinin idarə edilməsi üçün  metod işlənmişdir. Industry 4.0 şəraitində uşaqların təhlükəsizliyinin təmin edilməsi üçün  konseptual model işlənmişdir. “İntellektual texnologiyaların tətbiqi ilə uşaqların İnternetdə qorunması metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işi hazırlanmış və şöbədə müzakirəsi keçirilmişdir.

T. Kazımov  şöbənin elmi-innovasiya fəaliyyətindən söz açaraq, müxtəlif elmi-texniki ekspertiza işlərinin həyata keçirildiyini bildirdi. O, həmçinin qeyd etdi ki, şöbənin elmi-pedaqoji fəaliyyət çərçivəsində Bakı Dövlət Universitetinin və M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tələbələrinə kompüter elmləri ixtisası üzrə təcrübənin keçirilməsinə rəhbərlik edilmişdir.

Məruzəçi şöbənin elmi-təşkilati fəaliyyəti, nüfuzlu jurnallarda məqalələrin nəşri, respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülmüş işlər haqqında da məlumat verdi.

Hesabat ətrafında fikir mübadiləsi aparıldı, şöbə müdiri sualları cavablandırdı. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin illik hesabatı irad və təkliflərini səsləndirdi.

Elmi şuranın qərarı ilə şöbənin 2022-ci il üçün hesabatı təsdiq olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı