Nüfuzlu jurnalın redaksiya heyəti Azərbaycan alimlərinin fəaliyyətini yüksək qiymətləndirib Noyabr 23, 2022 | 10:18 / Konfranslar, iclaslar

Uşaqların İnternetdə təhlükəsizliyi son dövrlərin aktual problemlərindəndir. Uşaqlar  İnternetdən istifadə etməklə biliklər əldə edir, özlərini inkişaf etdirirlər. Lakin onlar şəbəkədə ziyanlı məzmun daşıyan məlumatlarla da qarşılaşırlar. Uşaqların yaşa uyğun olmayan məzmunla qarşılaşması onların psixologiyasına və sağlamlığına zərər verir. Çox vaxt az yaşlı istifadəçilər pornoqrafik görüntülərin potensial qurbanına çevrilirlər. Uşaq auditoriyası üçün ziyanlı məzmun daşıyan pornoqrafik şəkillərin qaşısının alınması kompüter görmə və multimedia tədqiqatında vacib bir problemdir. 

Bu barədə Uşaqların qorunması üçün İnternetdə zərərli şəkil kontentinin filtrasiyası üsulu (Image-based malicious Internet content filtering method for child protection”) adlı elmi məqalədə məlumat verilib. Belə ki, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev, aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva və baş mütəxəssis Sabirə Ocaqverdiyeva 2022-ci ildə çap olunan həmin məqaləyə görə Niderland Krallığında fəaliyyət göstərən “Elsevier” nəşriyyatında dərc olunan yüksək impakt faktorlu “Journal of Information Security and Applications” jurnalının redaksiya heyəti tərəfindən nəşr sertifikatına layiq görülüblər.

Tədqiqatda zərərli şəkil kontentinin filtrasiyasını həyata keçirən dərin təlim ideologiyasına əsaslanan ChildNet adlı model təklif edilmişdir. Model əlamətlərin seçilməsini həyata keçirmədən daxil olan şəkilləri zərərli və zərərsiz siniflərdə dəqiq klassifikasiya etmək imkanına malikdir. Burada neyron şəbəkənin öyrədilməsi şəklin piksellərinin uyğun tekstura şablonları əsasında aparılır. Bu tekstura şablonları hər bir sinifin xarakteristikası hesab olunur.  

“Journal of Information Security and Applications (JISA)” jurnalı Science Citation Index Expanded (Clarivate Analytics), Scopus (Elsevier), INSPEC, Engineering Index beynəlxalq elmi bazalarında indeksləşir və referatlaşır, eyni zamanda Scopus bazası üzrə Q1 kvartilinə daxildir.  

Qeyd edək ki, “Journal of Information Security and Applications (JISA)” jurnalı  Kompüter elmləri kateqoriyasında impakt faktorlu 162 jurnal arasında 56-cı mövqedə qərarlaşıb.     

Jurnalın elmmetrik göstəriciləri aşağıdakı kimidir:

1) Impact Factor: 4.96

2) SJR: 0.61                  

3) CiteScore: 7.6

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı