İnstitutda Big Data analitikası problemləri üzrə tədqiqatlar aparılır Noyabr 18, 2022 | 09:08 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında 13 saylı şöbənin 2022-ci il üzrə illik hesabatı ətrafında müzakirələr aparıldı.

Hesabatı təqdim edən şöbənin rəhbəri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova şöbənin cari il ərzində elmi-tədqiqat, elmi-innovasiya fəaliyyəti, elmi-ekspertiza, elmi-pedaqoji fəaliyyəti, konfranslarda məruzələr, tanınmış elmi jurnallarda məqalələrin nəşri, elmmetrik göstəricilər və s. ilə bağlı görülmüş işlər haqqında məlumat verdi.

Məruzəçi bildirdi ki, cari ildə tədqiqatlar informasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində “Big Data analitikası problemləri” üzrə aparılmışdır.

M.Hacırəhimova əvvəlcə şöbənin elmi-tədqiqat fəaliyyətindən söz açaraq “Big Data mühitində milli intellektual potensialın qiymətləndirilməsi üçün metodların işlənməsi” mövzusunda aparılan tədqiqatlardan bəhs etdi. O, Big Data mühitində intellektual potensialın qiymətləndirilməsinin nəzəri-metodoloji əsaslarının tədqiqi, bu potensialın formalaşdırılması xüsusiyyətləri, həmçinin qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübənin və intellektual potensialın ölçülməsinin əsas indikatorlarının, eləcə də informasiya cəmiyyəti şəraitində intellektual insan resurslarının miqrasiyası problemlərinin tədqiqi ilə bağlı araşdırmaların nəticələrinin məqalə və konfrans materiallarında öz əksini tapdığını diqqətə çatdırdı.

Şöbə müdiri “Azərbaycan Respublikasında elmi-kadrlar analitik-informasiya sisteminin konseptual əsaslarının işlənməsi və elmi kadrlar haqqında məlumatların intellektual analizi üçün metodların işlənməsi”, “Sosial şəbəkə məlumatlarının sentiment analizi üçün maşın təlimi metodlarının tətbiqi”, “Şəbəkə trafiki verilənlərində anomaliyaların (DoS hücumların) aşkarlanması metodlarının analizi”, “İnternet-media resurslarının monitorinqi və qiymətləndirilməsi mexanizmlərinin işlənilməsi” və digər  mövzular üzrə aparılan tədqiqatları diqqətə çatdırdı, onların nəticələri barədə məlumat verdi.

M.Hacırəhimova şöbənin elmi-innovasiya fəaliyyətindən söz açaraq, bu istiqamətdə şöbə əməkdaşları tərəfindən bir qrant layihəsində iştirak edildiyi, dissertasiya işlərinə və institutun jurnallarında çap olunan məqalələrə rəylərin verildiyini bildirdi.

Şöbə rəhbəri şöbənin elmi-pedaqoji fəaliyyət çərçivəsində 2 magistranta rəhbərlik edildiyini vurğuladı. O, həmçinin şöbənin elmi-təşkilati fəaliyyəti, şöbə əməkdaşlarının elmmetrik göstəriciləri, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülmüş işlər haqqında ətraflı məlumat verdi.

Mövzu ətrafında fikir mübadiləsi aparıldı, məruzəçi sualları cavablandırdı.

AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin illik hesabatı üzrə bir sıra təklif və tövsiyələrini səsləndirdi, şöbədə aparılan elmi-tədqiqatların nəticələrinin nüfuzlu beynəlxalq elmi jurnallarda nəşr olunmasının vacibliyini vurğuladı. Sonda təklif və tövsiyələr nəzərə alınmaqla şöbənin 2022-ci il üçün illik hesabatı Elmi şuranın qərarı ilə təsdiq olundu.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı