“Sosial mediada tibbi məlumatların sentiment analizi” mövzusunda məruzə dinlənilib Noyabr 02, 2022 | 11:19 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun 11 saylı şöbəsinin növbəti onlayn elmi seminarı keçirilib. Şöbənin əməkdaşı Nərgiz Şıxəliyeva “Sosial mediada tibbi məlumatların sentiment analizi” mövzusuna həsr edilmiş məruzə ilə çıxış edib.

Məruzəçi tibbi sosial şəbəkələr, onun münasibət seqmentləri, informasiya mənbələri, maşın təlimi metodları, sentiment analiz və s. haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bu gün həkimlər, pasiyentlər, tibb bacıları tibbi sosial şəbəkələrdən və onlayn platformalardan istifadə edərək sağlamlıq problemləri, xəstəliklər, dərmanlar və s. ilə bağlı biliklərini, rəylərini bölüşür, məsləhətlər alırlar. Tibbi sosial media subyektlərinin belə fikir və rəyləri media resurslarını tibbi xidmətin keyfiyyətini yaxşılaşdırmaq üçün əhəmiyyətli informasiya mənbəyinə çevirir. Bu mənbələrdən istifadə etməklə müvafiq qərarların qəbul edilməsi sentiment analizin tətbiqini aktuallaşdırır.

Sentiment analizin maşın təlimi, leksikon əsaslı və hibrid yanaşmaları haqqında ümumi məlumatı diqqətə çatdıran N.Şıxəliyeva leksikon əsaslı yanaşmadan istifadə edərək yerinə yetirdiyi eksperiment barədə danışıb. Eksperimentin tibbi sosial medianın tibb müəssisəsi-pasiyent seqmentində aparıldığını, bunun üçün “Kaggle” şirkətinin “cms_hospital_satisfaction_2019” adlı açıq məlumat bazasından, Pandas, NumPy, Matplotlib, Seaborn, NLTK kitabxanalarından istifadə edildiyini nəzərə çatdıran məruzəçi tibb müəssisəsi haqqında pasiyent rəylərinin neqativ, pozitiv və neytral təsnifləndirilməsini vizual olaraq nümayiş etdirib. O, bildirib ki, belə yanaşma tibb müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi və təkmilləşdirilməsi, onun fəaliyyəti ilə bağlı pasiyent məmnunluğunun təyini və s. kimi məsələlərin həllində, müvafiq qərarların qəbulunda istifadə oluna bilər.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb. Şöbənin rəhbəri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova və baş elmi işçi, texnika elmləri doktoru, dosent Zərifə Cəbrayılova çıxış edərək mövzuya dair fikirlərini bölüşüblər, gənc tədqiqatçıya müvafiq istiqamətdə dərin elmi araşdırmaların aparılması ilə bağlı təklif və tövsiyələr veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı