Təhsil şöbəsinin fəaliyyəti ilə bağlı məruzə təqdim olunub Oktyabr 18, 2022 | 04:51 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında 2022-ci il üzrə doktorantura və dissertanturaya, eləcə də 2022-2023-cü tədris ili üzrə magistraturaya qəbulun nəticələri haqqında məruzə dinlənilib.

İnstitutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov çıxış edərək institutun elmlər doktoru hazırlığı üzrə dissertanturasına, eləcə də fəlsəfə doktoru hazırlığı üzrə doktoranturasına qəbul olunmuş şəxslər barədə məlumatları diqqətə çatdırıb. Bildirib ki, qəbul planına uyğun olaraq, 2022-ci ildə elmlər doktoru hazırlığı üzrə dissertanturaya 3338.01- “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasına 3 nəfər, fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya isə 1203.01 – “Kompüter elmləri” ixtisası üzrə 1 nəfər, 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi”  ixtisası üzrə 2 nəfər, 3339.01 – “İnformasiyanın mühafizə üsulları və sistemləri, informasiya təhlükəsizliyi” ixtisası üzrə 1 nəfər qəbul edilib.

Sonra şöbə müdiri 2022-2023-cü tədris ili üzrə magistratura pilləsinə qəbulun nəticələri haqqında məlumat verib. Cari ildə “Kompüter sistemlərinin və şəbəkələrinin proqram təminatı” ixtisaslaşması üzrə 3, “İnformasiya mühafizəsi və təhlükəsizliyi” ixtisaslaşması üzrə 3 nəfərin institutun magistraturasına qəbul olunduğunu diqqətə çatdırıb. Əlavə edib ki, hazırda 9 magistrant 2-ci kursda təhsilini davam etdirir.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək Təhsil şöbəsinin fəaliyyəti ilə bağlı təklif və tövsiyələrini səsləndirib. Alim elmi kadr hazırlığının hər bir ziyalının, eləcə də rəhbərlik etdiyi qurumun qarşısında duran əsas vəzifələrdən olduğunu vurğulayaraq institutun elmi intellektual potensialının bu istiqamətdə səfərbər edilməsinin zəruriliyini önə çəkib. Bildirib ki, alim və mütəxəssislərimiz kadr hazırlığı prosesində fəal iştirak etməli, öz bilik və təcrübəsini gənclərlə bölüşməlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı