Beynəlxalq konfransda “Səhiyyə 4.0 Mühitində Vahid Rəqəmsal Tibbi İnformasiya Fəzasının Formalaşması və interoperabellik problemləri” mövzusunda məruzə təqdim olunub Oktyabr 19, 2022 | 09:00 / Konfranslar, iclaslar

İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova və institutun kiçik elmi işçisi Aytən Əhmədovanın həmmüəllifi olduqları “Səhiyyə 4.0 Mühitində Vahid Rəqəmsal Tibbi İnformasiya Fəzasının Formalaşması və interoperabellik problemləri ” (“Formation of Unified Digital Health Information Space in Healthcare 4.0 Environment and interoperability issues”) adlı məruzə 12-14 oktyabr 2022-ci il tarixlərində ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutunun, Azərbaycan Diplomatik Akademiyasının və ABŞ-ın Corc Vaşinqton Universitetinin birgə təşkilatçılığı ilə “İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi” (The 16th IEEE International Conference Application of Information and Communication Technologies, 12-14 Oct 2022) mövzusunda keçirilən 16-cı beynəlxalq konfransda təqdim olunub.

Məqalədə e-səhiyyənin məqsədləri və inkişafını ləngidən problemlər təhlil olunmuş, onun struktur komponentlərinə baxılıb, Sənaye 4.0 texnologiyalarının səhiyəyə inteqrasiyası və təsirləri araşdırılıb, Səhiyyə 4.0-ın yaratdığı imkanlar nəzərdən keçirilib.

Məruzəni təqdim edən Aytən Əhmədova bildirib ki, hazırda Sənaye 4.0 və Səhiyyə 4.0-ın innovativ texnoloji bazası  insan sağlamlığı,  onu əhatə edən ətraf mühit haqqında  informasiyanın fasiləsiz generasiyası, izlənilməsi, uzaq məsafəyə ötürülməsi, real vaxt rejimində intellektual emalı, toplanması və saxlanması,  qərarların hasili və anında əks əlaqə ilə ötürülməsi üçün prinsipial olaraq yeni  infrastrukturun qurulmasına  imkan yaratmışdır. Məhz bu imkanlar nəzərə alınaraq təqdim olunmuş məruzədə hamı üçün səhiyyənin əlçatanlığını təmin edən vahid rəqəmsal tibbi informasiya fəzasının formalaşması istiqamətində  aparılmış tədqiqatın nəticələri təqdim edilib. Məruzəçi Azərbaycan Respublikasının səhiyyə sistemində məlumatların axını və hərəkəti üzrə səviyyələr nəzərə alınaraq Azərbaycanda səhiyyə 4.0 və e-dövlət platformasında vahid rəqəmsal tibbi informasiya fəzasının konseptual modelini konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, vahid rəqəmsal tibbi informasiya fəzasının formalaşmasında əsas problemlərdən olan interoperabelliyin hüquqi, struktur, semantik və texniki səviyyələr üzrə dəstəklənməsinin zəruriliyini qeyd edib.

Qeyd edək ki, “The 16th IEEE International Conference on Application of Information and Communication Technologies (AICT2022)” konfransının məruzələr toplusu “Web of Science”, “Scopus”, ACM, INSPEC, DOAJ, DPLP, EBSCO və s. beynəlxalq bazalarında indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı