“EaPEC 2022” beynəlxalq konfransı seksiya iclasları ilə davam edib Sentyabr 28, 2022 | 04:49 / Konfranslar, iclaslar

GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (‘EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılan “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı” (The 5th Eastern Partnership E-infrastructures Conference – “EaPEC 2022”) seksiya iclasları ilə davam edib.

Konfransın birinci günündə “E-təlim, e-bacarıqlar: təhsil və tədqiqatın inkişaf etdirilməsi”, “Açıq Elm: əməkdaşlıq və biliyin yayılması”, “Elm və təhsil üçün kibertəhlükəsizlik” və “Big Data və yüksək məhsuldarlıqlı kompüterlər” istiqamətləri üzrə seksiya iclasları keçirilib.

“E-təlim, e-bacarıqlar: təhsil və tədqiqatın inkişaf etdirilməsi” və “Açıq Elm: əməkdaşlıq və biliyin yayılması” üzrə seksiya iclaslarına müvafiq olaraq İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü, professor Məsumə Məmmədova və aparıcı elmi işçi, texnika üzrə fəlsəfə doktoru, dosent Lyudmila Suxostat sədrlik ediblər.

Tədbirdə “Avropada açıq və ədalətli elm üçün təlim ekosisteminin yaradılması”, “Milli Rəqəmsallaşma İmpuls Proqramı”, “Təhsil üçün SURF e-kontenti”, “Milli Tədqiqat və Təhsil şəbəkələri milli səviyyədə öyrənmə texnologiyalarının qəbulunu necə sürətləndirə bilər?”, “ULAKBİM-də “open access”in tətbiqi tarixi”, “GRENA-da kibertəhlükəsizlik”, “Mərkəzi və Şərqi Avropada kibertəhlükəsizlik laboratoriyası və təhsil təşəbbüsləri” və s. mövzularda məruzələr təqdim olunub.

Konfransda, həmçinin “Big Data və yüksək məhsuldarlıqlı kompüterlər” adlı seksiya iclasında institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz Alıquliyev “Big Data analitikasında AzScienceNet-in imkanları”, “Açıq Elm: əməkdaşlıq və biliyin yayılması” seksiya iclasında isə AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev “AzScienceNet: nailiyyətlər, çağırışlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı