Sənaye 4.0 çərçivəsində elmin transformasiyasının aktual problemlərinə dair tədqiqatın nəticələri nüfuzlu jurnalda nəşr olunub İyul 06, 2022 | 09:43 / Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi Şakir Mehdiyev və baş mütəxəssis Təhmasib Fətəliyevin həmmüəllifi olduqları “Sənaye 4.0 çərçivəsində elmin transformasiyasının aktual problemləri və həlli yolları” (Актуальные проблемы и пути решения трансформации науки в рамках Индустрии 4.0) mövzusunda elmi məqalə Rusiyanın tanınmış nəşrində – “Информационное общество” jurnalında dərc olunub.

Məqalədə Sənaye 4.0 texnoloji platformasının geniş iştirakı ilə elmin obrazı yeni formatda təhlil edilib, həmçinin Elm 4.0 konsepsiyasının formalaşması və inkişafı problemləri araşdırılıb. Sənaye inqilabları modelinə uyğun olaraq, elmin inkişaf mərhələlərinin təsnifatı təklif olunub. Əşyaların İnterneti, kiber-fiziki sistemlər, süni intellekt və digər intellektual həllərin müasir elmi tədqiqatların aparılması üçün effektiv vasitələrə çevrilməsindən bəhs edilib. Qeyd olunub ki, tədqiqatın məqsədi elmin transformasiyasının anlaşılması üçün ümumi əsasın yaradılmasına töhfə verməkdir ki, bu da elmi tədqiqatların səmərəliliyinin və dəyərinin artırılmasına imkan yaradır.

Jurnal nüfuzlu “Web of Science” (WoS) elmi bazasında indeksləşir. Məcmuə informasiya cəmiyyətinin inkişafı sahəsində fundamental tədqiqatlar, onun sosial-iqtisadi aspektləri, rəqəmsal iqtisadiyyat, informasiya cəmiyyəti və hakimiyyət, hüquq, media, informasiya cəmiyyətində təhsil, səhiyyə, mədəniyyət, elm və innovasiya, etibarlılıq və təhlükəsizlik, informasiya cəmiyyəti texnologiyaları, müvafiq sahə üzrə xarici təcrübə, beynəlxalq əməkdaşlıq və s. istiqamətləri əhatə edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı