Azərbaycan aliminin beynəlxalq konfransdakı fəaliyyəti yüksək qiymətləndirilib May 05, 2022 | 10:48 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi v.i.e., texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova 3-6 may 2022-ci il tarixlərində Yaponiyanın Tokio şəhərində onlayn keçirilən “Multidissiplinar akademik qeydlər. Nəzəriyyə, metodologiya və təcrübə” XVII beynəlxalq elmi və praktiki konfransının (Multidisciplinary academic  notes. theory, methodology and  practice ХVII International Scientific and Practical Conference) Təşkilat Komitəsi tərəfindən sertifikata layiq görülüb.

Ş.Mahmudovaya sertifikat konfransda fəal iştirakına görə təqdim olunub. O, konfransda “İntellektual proqram sisteminin sintezi üçün modelin işlənməsi” (Development of a model for the intelligent software system synthesis) mövzusunda məruzə ilə çıxış edib.

Qeyd edək ki, konfrans “Google Scholar”, “Crossref”, “DOI”, “OUCI”, “BOWKER” və digər nüfuzlu bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı