AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri Babək Nəbiyev Fəxri Fərmanla təltif olunub Aprel 29, 2022 | 04:16 / Mühüm hadisələr

AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev “Elm Günü” münasibətilə Fəxri Fərmanla təltif olunub. Fəxri Fərmanı B.Nəbiyevə Akademiyanın aprelin 27-də keçirilən Ümumi yığıncağında AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev təqdim edib.  

Qeyd edək ki,  B.Nəbiyev 2008-ci ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəaliyyət göstərir. O, 2018-ci ildə “Şəbəkə təhlükəsizliyinin intellektual monitorinqi sisteminin sintezi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Hazırda AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin rəhbəri vəzifəsində çalışır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı