Beynəlxalq konfransın Təşkilat Komitəsi institut əməkdaşının fəaliyyətini yüksək qiymətləndirib Aprel 11, 2022 | 03:45 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçi vəzifəsini icra edən, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova 5-8 aprel 2022-ci il tarixlərində Çex Respublikasının paytaxtı Praqa şəhərində onlayn formatda keçirilən “Multidissiplinar akademik tədqiqat, innovasiya və nəticələr” XIII beynəlxalq elmi və praktiki konfransında çıxış edib.

Ş.Mahmudova konfransda fəal iştirakına görə Təşkilat Komitəsi tərəfindən sertifikata layiq görülüb.

Qeyd edək ki, “Multidissiplinar akademik tədqiqat, innovasiya və nəticələr” XIII beynəlxalq elmi və praktiki konfransının əsas məqsədi alimləri, tədqiqatçıları multidissiplinar tədqiqatlar və innovasiyaların bütün aspektləri üzrə təcrübə və tədqiqat nəticələrini mübadilə etmək və bölüşmək üçün bir araya gətirmək olub. Tədbir, həmçinin tədqiqatçılar, təcrübəçilər və pedaqoqlar üçün ən son yenilikləri, tendensiyaları, bu sahədə rast gəlinən praktiki problemləri və müəyyən edilmiş həll yollarını təqdim və müzakirə etmək üçün əsas fənlərarası platforma rolunu oynayıb.

Konfransın materialları “Crossref”, “Bowker”, “Google Scholar”, “DOI” və “OUCI” bazalarında indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı