“orcid.org saytının işləmə prinsipləri” haqqında məruzə dinlənilib Dekabr 16, 2021 | 09:42 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsinin növbəti elmi seminarı keçirilib. Tədbirdə şöbənin əməkdaşı Dilbər Əlizadə “orcid.org saytının işləmə prinsipləri” mövzusunda məruzə ilə çıxış edib.

D.Əlizadə bildirib ki, “ORCID” və ya “Open Researcher and Contributor ID” tədqiqatçı və iştirakçının açıq identifikatoru deməkdir və birmənalı olaraq, elmi-tədqiqat müəlliflərini identifikasiya edən patentsiz şifrəli koddur. Elmi tədqiqatçı cəmi 1 dəqiqə ərzində orcid.org saytından ödənişsiz qeydiyyatdan keçməklə, öz unikal “ORCID” identifikatorunu əldə edir. O, identifikatordan istifadə edərək, qrant tətbiqindən əlyazma təqdimatına qədər müxtəlif sistem və platformalarda öz elmi işlərinin tanınmasını təmin edə bilər.

Məruzəçinin sözlərinə görə, tədqiqatçının “ORCID” qeydiyyatı ilə nə qədər çox informasiya əlaqəlidirsə, o, öz identifikatorunun müştərək istifadəsindən o qədər çox fayda əldə edir. Bu səbəbdən tədqiqatçı etibar etdiyi təşkilatlara qeydlərini yeniləməyə, həmçinin ona məxsus digər məlumatların (e-poçt ünvanları, tanındığı digər adlar) əlavə olunmasına icazə verir.

“ORCID” qeydiyyat xidməti və orcid.org saytının yaranma tarixindən bəhs edən D.Əlizadə identifikasiyada istifadə olunan formatlar haqqında ətraflı məlumat verib. “ORCID”in İtaliya, Fransa və Avstraliyada milli səviyyədə tətbiqi barədə danışıb.

“2013-cü ilin sonunda “ORCID”in 111 üzv təşkilatı və 460000-dən çox qeydiyyatdan keçən üzvü var idi. 2014-cü ildə “ORCID” milyonuncu üzvünü qəbul etdi. 2019-cu ildə platformada real hesabların sayı 721874 olmuşdur. Təşkilatın üzvlərinə Kaliforniya Texnologiya İnstitutu və Kornel Universiteti kimi bir çox tədqiqat institutları, eləcə də “Elsevier”, “Springer” kimi nüfuzlu elmi nəşriyyatlar daxildir”, – deyə bildirən məruzəçi təşkilatlar üçün üzvlük haqları barədə məlumatı seminar iştirakçılarının diqqətinə çatdırıb.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, D.Əlizadə çoxsaylı sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı