Azərbaycanda COVID-19-a yoluxma hallarının sayını proqnozlaşdırmaq üçün model tətbiq edilib Dekabr 13, 2021 | 12:18 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova və institutun əməkdaşı Aybəniz Əliyevanın birgə müəllifi olduqları məruzə Rusiyada onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) müzakirə olunub.

“Prophet modelindən istifadə etməklə Azərbaycanda COVID-19 pandemiyasına yoluxma (təsdiqlənmiş) və ölüm hallarının proqnozlaşdırılması” mövzusunda məruzəni təqdim edən A.Əliyeva yeni koronavirus xəstəliyinin (COVID-19) 21-ci əsrin ən qaçılmaz yoluxucu xəstəliklərindən biri kimi qəbul edildiyini diqqətə çatdırıb. Bildirib ki, ilk COVID-19 hadisəsi 2019-cu ilin dekabrında Çində aşkarlanıb və sonra bütün dünyaya sürətlə yayılmağa başlayıb. 2020-ci ilin əvvəlindən başlayaraq bu virusa qarşı görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, Azərbaycanda tezliklə minlərlə insan bu virusa yoluxub və əziyyət çəkib.

“Effektiv müalicə olmadıqda, səhiyyə siyasətinin əsas aləti pandemiyanın gedişatının modelləşdirilməsi və proqnozlaşdırılmasıdır”, - deyən tədqiqatçı proqnoz verilənlərinin xəstəxana personalı və təchizatın planlaşdırılmasında, peyvənd ssenarilərində, profilaktika strategiyalarının hazırlanmasında və qiymətləndirilməsində istifadə edilə bildiyini vurğulayıb.

Məruzəçi nəzərə çatdırıb ki, son vaxtlar maşın təlimi alqoritmləri müxtəlif tətbiqlərdə zaman sırası verilənlərinin  manipulyasında mühüm rol oynayır. Tədqiqat zamanı Azərbaycanda yaxın günlərdə gözlənilən COVID-19-a yoluxma hallarının və ölüm hallarının sayını proqnozlaşdırmaq üçün Prophet modeli tətbiq edilib. Modelin performansı orta mütləq faiz xətası (MAPE), orta kvadratik kok xətası (RMSE) və orta mütləq xəta (MAE) ilə qiymətləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı