Nüfuzlu “Soft Computing” jurnalı institut əməkdaşını sertifikatla təltif edib Dekabr 03, 2021 | 12:37 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi vəzifəsini icra edən, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova  nüfuzlu “Web of Science” elmi bazasına daxil olan “Soft Computing” jurnalı tərəfindən rəyçi sertifikatına layiq görülüb. Jurnalın impakt faktoru 3.643-dir.

Yumşaq hesablama texnikalarına əsaslanan sistem həllərinə həsr edilmiş “Soft Computing” müvafiq sahədə mühüm elmi nəticələrin sürətlə yayılmasını, təkamül alqoritmləri və genetik proqramlaşdırma, neyron şəbəkə sistemləri, qeyri-səlis çoxluqlar nəzəriyyəsi və qeyri-səlis sistemlər, xaos nəzəriyyəsi və xaotik sistemlər üzrə tədqiqatların təqdim olunmasını hədəfləyir.

Jurnal həmçinin “Google Scholar”, “Scopus”, INSPEC, “Japanese Science and Technology Agency (JST)”, “Journal Citation Reports/Science Edition”, CNKI, DBLP, CNPIEC və digər nüfuzlu bazalarda indeksləşir və referatlaşır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı