“X Milli Superkompüter Forumu”nda paylanmış hesablama sistemlərinin yaradılmasında Qrid texnologiyaların tətbiqi məsələləri müzakirə olunub Dekabr 03, 2021 | 04:58 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet elm kompüter şəbəkəsinin mühəndis-proqramlaşdırıcısı Səməd Dursunov Rusiya Federasiyasının Pereslavl-Zalesskiy şəhərində onlayn formatda keçirilən “X Milli Superkompüter Forumu”nda (Национальный Суперкомпьютерный Форум, НСКФ-2021) “Paylanmış hesablama sistemlərinin yaradılmasında Qrid texnologiyaların tətbiqi” mövzusunda məruzə ilə çıxış edib.

S.Dursunov məruzəsində fərdi kompüterlərin istifadəsiz qalan hesablama və yaddaş resurslarından mürəkkəb məsələlərin həllində istifadə etməyin üstünlüklərindən danışıb, dünyada bu kimi məsələlərin həllində ucuz başa gələn, az vəsait hesabına yaradılan paylanmış hesablama sistemlərindən geniş istifadə olunduğunu diqqətə çatdırıb. O, Qrid texnologiyalarının qlobal kommunikasiya texnologiyasının köməyi ilə müxtəlif təşkilatlar daxilində yerləşən kompüterlərin istifadə olunmayan hesablama resurslarından faydalanmaqla yaradılan paylanmış hesablama sistemləri olduğunu qeyd edib.

Məruzəçi AMEA İnformasiya Texnologiyaları İnstitutunda fəaliyyət göstərən “Milli GRİD” informasiya və hesablama sistemi haqqında məlumat verib, bu mərkəzin AMEA ilə Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) və Birləşmiş Nüvə Tədqiqatları İnstitutu arasında mövcud olan elmi əlaqələr əsasında yaradıldığını vurğulayıb. Onun  sözlərinə görə, sistemin proqram təminatı hesablama resurslarından daha effektiv istifadəyə, maksimal müdafiəyə imkan verir, eyni zamanda məlumatlara universal daxil olmanı təmin edir.

AMEA-nın Avropa Nüvə Tədqiqatları Mərkəzində işə salınmış  Böyük Adron Kollayderində (BAK) aparılan təcrübələrdə yaxından iştirak etdiyini deyən S.Dursunov Mərkəzin əməkdaşlarının BAK kollayderinin layihəsinin rəsmi qəbul olunmasından bugünədək CERN-lə sıx elmi əlaqələrinin yaradıldığını diqqətə çatdırıb.

“Milli GRİD” – informasiya və hesablama mərkəzində aparılan hesablamaların 73,5%-i ATLAS kollaborasiyasının və 26,5%-i isə digər istifadəçilərin payına düşür”, - deyə vurğulayan tədqiqatçı bu mərkəzin imkanlarından AMEA-nın elmi-tədqiqat institutlarında geniş istifadə edildiyini deyib. Bu Hesablama Kompleksinin SEE-GRID (Qara Dəniz Hövzəsi ölkələri) və EDU-Tədris-araşdırma və test GRİD-infrastrukturu (Rusiya) virtual təşkilatlarının üzvü olduğunu qeyd edib. Əlavə edib ki, “Milli GRİD” İnformasiya Hesablama Kompleksi infrastrukturu müxtəlif GRİD aralıq proqram təminatı vasitəsilə işləyən, bir neçə poliqonda yerləşdirilmiş virtual maşınlardan təşkil olumuş lokal bulud platformasıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı