Kiberfiziki sistemlərin analizi və sintezi problemləri araşdırılır Noyabr 30, 2021 | 03:00 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının  növbəti onlayn iclasında 10 saylı şöbənin 2021-ci il üzrə hesabatı müzakirə olundu. Hesabatı təqdim edən şöbə müdiri Şakir Mehdiyev öncə rəhbərlik etdiyi struktur bölmənin elmi-tədqiqat fəaliyyəti haqqında məlumat verdi.

O, “İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodlarının işlənməsi” istiqamətində tədqiqatların cari ildə də davam etdirildiyini diqqətə çatdırdı.

Şöbə müdiri İndustry 4.0 platformasında kiberfiziki sistemlərin analizi və sintezi problemlərinin araşdırıldığını qeyd etdi. Bildirdi ki, bu məqsədlə kiberfiziki sistemlərin texniki vəziyyətinin monitorinqi və intellektual analizi aparılmış, eləcə də bu sistemlətin etibarlılıq problemləri araşdırılmışdır.

Ş.Mehdiyev İndustry 4.0 platformasında elmin transformasiyasının və kiberfiziki sistemlərin sensor səviyyəsinin enerji təhlükəsizliyinin araşdırıldığını da vurğuladı. Sonra məruzəçi şöbənin elmi-innovasiya və praktiki fəaliyyəti çərçivəsində görülən işlərdən bəhs etdi. Söylədi ki, şöbənin əməkdaşları cari ildə AMEA-nın Ümumi yığıncağı, Dissertasiya şurasının iclasları və  NATO-nun dəstəyi ilə keçirilmiş beynəlxalq konfransa texniki dəstək göstəriblər.

O, şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri ilə bağlı görülən tədbirlər barədə məlumat verdi, şöbə əməkdaşlarının KİV-də fəalliyyətini və elmmetrik göstəricilərini də diqqətə çatdırdı.

Daha sonra hesabata dair müzakirələr aparıldı, sual və təkliflər səsləndirildi.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı bir sıra təklif və tövsiyələrini səsləndirdi. Alim şöbədə aparılan araşdırmaların daha da dərinləşdirilməsinin, elmi tədqiqatların nəticəsi kimi məqalələrin hazırlanmasının vacibliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı