İctimaiyyətlə əlaqələr şöbəsinin 2021-ci il üzrə fəaliyyəti müzakirə olundu Noyabr 25, 2021 | 12:42 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında İctimaiyyətlə əlaqələr şöbəsinin 2021-ci il üzrə fəaliyyətinə dair hesabatı dinlənildi.

Hesabatı təqdim edən şöbə müdiri Rasim Mahmudov cari ilin yanvar-noyabr ayları ərzində www.ikt.az saytına olan müraciətlərin aylar üzrə paylanmasına dair statistikanı təqdim etdi. İl ərzində sayta ümumilikdə 250074 dəfə müraciət olunduğunu söylədi.

Hesabat ili ərzində ikt.az-a olan müraciətlərin ölkələr üzrə paylanması barədə məlumat verən şöbə rəhbəri, sayta Azərbaycan, Rusiya, ABŞ, Almaniya, Çin, Böyük Britaniya, Türkiyə öndə olmaqla, bütövlükdə 60-a yaxın dövlətdən müraciət olunduğunu söylədi.

R.Mahmudov hesabat dövründə ikt.az saytında müxtəlif rublikalar üzrə 438 xəbər yerləşdirildiyini diqqətə çatdırdı.

O, cari ilin yanvar-noyabr ayları üçün institutun fəaliyyətinin mediada işıqlandırılması və əməkdaşların kütləvi informasiya vasitələrində çıxışlarına dair göstəriciləri təqdim etdi. Məlum oldu ki, müvafiq dövrdə elektron mediada institutun fəaliyyəti haqqında 442 məqalə dərc edilib.

Şöbə rəhbəri institut əməkdaşları tərəfindən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları ilə bağlı Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) 11 müsahibənin verildiyini, alim və mütəxəssislərin ölkənin əsas televiziya kanallarında NATO-nun dəstəyi ilə keçirilən “Sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi problemləri” beynəlxalq konfransı ilə bağlı çıxışlar etdiklərini bildirdi.

Sonra R.Mahmudov İctimaiyyətlə əlaqələr şöbəsinin qarşısında dayanan yeni vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırdı. Qeyd etdi ki, buraya institutda həyata keçirilən struktur dəyişikliklərinə uyğun olaraq ikt.az saytının yenilənməsi, saytın proqram təminatı, dizaynı və kontent təminatının təkmilləşdirilməsi, saytın mobil versiyasının keyfiyyətinin yaxşılaşdırılması, media ilə əlaqələrin gücləndirilməsi, institutun alim və mütəxəssislərinin öz nailiyyətləri, bu elmi qurumun fəaliyyəti, İKT sahəsində dövlət siyasəti ilə bağlı KİV-də çıxışlarının intensivləşdirilməsi və s. tədbirlər daxildir.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, institutun fəaliyyəti haqqında məlumatların ölkə və dünya ictimaiyyətinə çatdırılmasında, kütləvi informasiya vasitələri ilə münasibətlərin yüksək səviyyədə təşkilində İctimaiyyətlə əlaqələr şöbəsinin fəal rolunu yüksək qiymətləndirdiyini vurğuladı.

“Müasir dövrdə veb-texnologiyaların sürətli inkişafı, saytlarla bağlı yeni tələblərin formalaşması, institutda həyata keçirilən struktur dəyişiklikləri və digər səbəblər ikt.az saytının konsepsiyasının yenidən işlənilməsini zəruri edir”, – deyə akademik bildirdi. Alim veb-saytın yeni versiyasının yüksək səviyyədə təşkili, dizaynı və proqram təminatının yeni tələblər əsasında, müasir texnologiyaların tətbiqi ilə hazırlanmasına dair təklif və tövsiyələrini səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı