Phyton proqramlaşdırma mühitində demoqrafik verilənlərin klassifikasiyası tədqiq olunur Noyabr 25, 2021 | 09:18 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 13 saylı şöbəsinin növbəti onlayn elmi seminarı “Phyton proqramlaşdırma mühitində demoqrafik verilənlərin klassifikasiyası” mövzusuna həsr olunmuşdur.

Məruzəni təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Məkrufə Hacırəhimova əvvəlcə demoqrafiya anlayışı haqqında ətraflı məlumat verdi. Bildirdi ki, demoqrafiya əhalinin sayı, ərazi üzrə paylanması və tərkibi, onların dəyişikliyi, bu dəyişikliklərin səbəb-nəticəsini və sosial-iqtisadi amillərin qarşılıqlı əlaqəsini öyrənən elmi-tədqiqat sahəsidir.

O, demoqrafik tədqiqatların fundamental məsələlərinin dogum, ölüm, miqrasiya, nigah və boşanma kimi sahələri əhatə etdiyini qeyd etdi. Demoqrafik verilənlər mənbələrindən bəhs edən M. Hacırəhimova diqqətə çatdırdı ki, hələ 1662-ci ildə  ilk demoqraf hesab olunan Con Qrauntun Londonun 16-cı  əsr üçün “Ölüm haqqında sənədləri” demoqrafik analiz üçün potensial verilənlər mənbəyi kimi qəbul edilib. 1950-ci illərin sonunda ABŞ-da nümunə sorğu anketləri tətbiq edilib. Daha sonra ilk dəfə İsveç, Norveç və bəzi ölkələrdə PİN-kod tətbiq olunub. 1970-ci illərdə isə dünya üzrə doğumun araşdırılması (The World Fertility Survey, WFS) proqramı çərçivəsində ölkələrdə nümunə sorğusu aparılıb. Son dövrlər əhalinin siyahıyaalınması, əhali reyestrləri, qeydiyyat şöbələri, miqrasiya xidməti, daxili işlər nazirliyi, təhsil nazirliyi, səhiyyə və tibbi-sığorta orqanları və kiçik seçmə anketlər  demoqrafik mənbələr hesab olunur.

M.Hacırəhimova qeyd etdi ki, İnternetin meydana gəlməsi və informasiya kommunikasiya texnologiyalarının geniş yayılması rəqəmsal demoqrafiyanın formalaşmasına və  demoqrafik tədqiqatlar üçün yeni verilənlər mənbələrinin yaranmasına səbəb oldu. Hazırda rəqəmsallaşdırılmış və kraudsorsing verilənlər mənbələri, sosial şəbəkə verilənləri (rəqəmsal izlər), İnternet vasitəsilə toplanmış ilkin verilənlər demoqrafiyanın verilənlər mənbəyi hesab olunur. Ənənəvi verilənlər mənbələrinin rəqəmsallaşdığını bildirən məruzəçi Azərbaycanda da əhali haqqında bir çox verilənlər mənbələrinin İnternetdə veb-səhifəsinin olduğunu qeyd etdi.

Məruzəçi hazırda nigah və boşanma ilə bağlı tədqiqatların aparıldığını, bu sahə ilə bağlı əsas məsələlərin nigahların sayı, nigaha girənlərin yaş həddi, boşanmaların sayı, boşanmalara təsir edən amillər və s. bağlı olduğunu diqqətə çatdırdı. Demoqrafik verilənlərin intellektual analizində müasir maşın təlimi metodlarının tətbiq üstünlüklərindən danışdı.

Sonra şöbənin əməkdaşı Aybəniz Əliyeva nikah və boşanma ilə bağlı demoqrafik verilənlərin klassifikasında Naive Bayes maşın təlimi metodundan istifadə etdklərini bildirdi. O, Naive Bayes klassifatoru haqqında,  Python programlaşdırma mühitində Naive Bayes metodundan istifadə etməklə demoqrafik verilənlərin klassifikasiyasının  həyata keçirilmə mərhələləri haqqında məlumat verdi. Məruzəçi apardığı tədqiqatlarda suni verilənlərdən istifadə etdiyini qeyd etdi və tədqiqatın nəticələrini diqqətə çatdırdı.

A.Əliyeva gələcək tədqiqatlarda demoqrafik verilənlərin klassifikasiya üçün Random Forest (RF), Support Vector Machine (SVM)  və Neyron Network (NN) kimi maşın təlimi metodlarından istifadə edəcəyini qeyd etdi. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı