Elmmetriya və jurnalogiya istiqamətində tədqiqatlar genişləndirilir Noyabr 22, 2021 | 10:56 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi informasiya və elmmetriya şöbəsinin 2021-ci il üzrə hesabatı təqdim olundu.

Hesabatı təqdim edən şöbə müdiri Mədinə Səidova öncə elmi-tədqiqat işləri haqqında məlumat verdi. O, bildirdi ki, cari ildə tədqiqatlar “İnformasiya texnologiyaları və informasiya cəmiyyətinin formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi” istiqamətində “E-elm və elmmetriya problemləri” mövzusu üzrə aparılıb.

M.Səidova “Antiplagiat sistemlərinin analizi və milli antiplagiat xidmətinin yaradılması  konsepsiyasının işlənilməsi”, “DOI-verilənlərin intellektual analizi (DOI-data mining)”, “Jurnalların qiymətləndirilməsi – Jurnalogiya, Nəşriyyat etikası” və “Təhsildə elmmetrik tədqiqatlar” mövzusunda aparılmış tədqiqatların nəticələrindən bəhs etdi, bu tədqiqatların elmmetriyanın inkişafında böyük əhəmiyyətə malik olduğunu bildirdi.

Şöbə müdiri elmi-tədqiqat işləri üzrə aparılan tədqiqatların elmi-nəzəri nəticələrini əks etdirən 2 məqalənin nüfuzlu jurnallarda dərc edildiyini, 3 respublika və beynəlxalq səviyyəli konfransda müzakirə edildiyini dedi.

M.Səidova elmi-innovasiya fəaliyyəti çərçivəsində cari ildə həyata keçirilən çoxsaylı elmi-texniki ekspertiza işləri, müxtəlif tədbirlər haqqında danışdı.

O, şöbənin beynəlxalq əməkdaşlığı, xüsusilə “Exlibris” və “Crossref” şirkətləri ilə əməkdaşlıq istiqamətində görülən işlər barədə ətraflı məlumat verdi.

Mövzu ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı.

Sonda AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatını yüksək qiymətləndirdi. Akademik elmmetriyanın, jurnalogiyanın elmi-nəzəri və praktiki problemlərinin həlli istiqamətində aparılan tədqiqatların daha da gücləndirilməsinin vacibliyini vurğuladı, bu istiqamətdə tədqiqatlara gənc mütəxəssilərin, tədqiqatçıların cəlb edilməsi ilə bağlı bir sıra təklif və tövsiyələrini səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı