OLAP texnologiyasının e-demoqrafiya mühitində tətbiqinə dair tədqiqatların nəticəsi nüfuzlu jurnalda çap olunub Noyabr 13, 2021 | 10:31 / Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyovanın “OLAP texnologiyasının elektron demoqrafiya mühitində tətbiqi” adlı məqaləsi nüfuzlu «Информационные технологии» jurnalında çap olunub. 

Tədqiqatda demoqrafik tədqiqatların aparılması üçün verilənlər anbarı və OLAP texnologiyalarından istifadə etməklə demoqrafiya sahəsində qərarların qəbulunu dəstəkləyən elektron sistemin yaradılmasına dair yeni yanaşma təklif olunub.

Qeyd olunub ki, demoqrafiya bir çox sahələri əhatə edir və onların hər biri çox miqdarda göstəricilərə malikdir. Bu səbəbdən verilənlər anbarının arxitekturası qismində bir-biri ilə əlaqəli verilənlər vitrinlərin çoxluğundan istifadə və sözlərlə hesablama texnikasına əsaslanan qeyri-səlis çoxluqlar nəzəriyyəsi təklif olunub. Məqalədə bir-birinə bağlı verilənlər vitrinlərinin praktik tətbiqi də göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı