Pilotsuz uçuş aparatlarına dair məruzə “İkinci Qarabağ Müharibəsi Yeni Nəsil Müharibə kimi” mövzusunda keçirilən beynəlxalq konfransda müzakirə olunub Oktyabr 25, 2021 | 10:19 / Konfranslar, iclaslar

AMEA İnfromasiya Texnologiyaları İnstitutunun əməkdaşı, texnika üzrə fəlsəfə doktoru, dosent Fərqanə Abdullayeva Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının təşkilatçılığı ilə keçirilən 44 günlük Vətən müharibəsində qazanılan qələbənin ildönümünə həsr olunmuş “İkinci Qarabağ  Müharibəsi Yeni Nəsil Müharibə kimi” beynəlxalq elmi-praktik konfransının Texnika elmləri bölməsində məruzə ilə çıxış edib.

“Pilotsuz uçuş aparatlarının komponentlərinin kibertəhlükəsizliyini təmin edən dayaq modelinin işlənməsi” mövzusunda məruzə ilə çıxış edən F.Abdullayeva PUA-ların aktuallığından danışıb, onların həm mülki, həm də hərb sahəsində geniş tətbiqinin kibertəhlükəsizliklə bağlı ciddi problemlər yaratdığını söyləyib.

PUA-ların qabaqcıl texnologiyalarla inteqrasiyasının, Əşyaların İnternetinə əsaslanan Pilotsuz Uçuş Aparatları (UAV-IoT) ekosisteminin mövcudluğunun PUA-nın özünün təhlükəsizlik problemləri sırasına yeni problemlər götirdiyini deyib.

O, PUA-ların təhlükəsizlik məsələlərinin analizinin aparılması üçün onun arxitekturasını təşkil edən komponentlərin müəyyən edilməsinin zəruri olduğunu vurğulayaraq PUA-nın informasiya axınlı komponent modelini təqdim edib. F.Abdullayeva PUA-ların hüquqi əsaslarından danışaraq əksər ölkələrdə PUA-ların istifadəsini tənzimləyən qanunvericilik aktlarının qəbul edildiyini, PUA-nı öz hava məkanında istifadəsini təsdiqləmək üçün sertifikasiya mərkəzlərinin təsis edildiyini qeyd edib.

PUA-nın kriminalistik analizindən (drone forensic) söhbət açan məruzəçi, bu üsulun PUA-nın uçuşdan sonra fəaliyyətini tədqiq etməyə imkan verdiyini deyib. 

PUA komponentlərinin kibertəhlükəsizliyi üçün təklif etdiyi dayaq modelini təqdim edərək PUA-nı sıradan çıxara bilən hücum nöqtələrinin müəyyən edildiyini, bu hücum nöqtələrinə olan spesifik hücumların qruplar üzrə klassifikasiyasının aparıldığını söyləyib. PUA-lara dəyən zərərin təsir dərəcəsinin qiymətləndirilməsi, hücumlara qarşıdurma mexanizmlərinin avtomatik seçilməsini təmin etmək üçün qeyri-səlis modelin təklif edildiyini nəzərə çatdırıb.

F.Abdullayeva konfrans iştirakçılarına PUA-ların kibertəhlükəsizliyi ilə bağlı müəyyən etdiyi açıq elmi-tədqiqat məsələləri barədə də məlumat verib.   

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı