İnstitutun elmi seminarına yeni elmi katib təyin edilib Oktyabr 04, 2021 | 12:16 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Gülnarə Nəbibəyova bu qurumun elmi seminarının elmi katibi vəzifəsinə təyin edilib.

G.Nəbibəyova S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini bitirib və Azərbaycan Elmlər Akademiyasının (AEA) Kibernetika İnstitutunda proqramçı vəzifəsinə qəbul olunub. Sonra Avtomatlaşdırılmış İdarə Sistemləri (AİS) şöbəsində böyük mühəndis, daha sonra isə aparıcı mühəndis vəzifələrində işləyib. Burada avtomatlaşdırılmış idarə sistemlərinin yaradılması məsələləri ilə məşğul olub, “ETM pasportları”, TPAİS və digər sistemlərin proqram təminatının yaradılmasında iştirak edib.

Analitik informasiya və veb-texnologiyaların problemləri ilə bağlı elmi-nəzəri və praktiki işlər həyata keçirən G.Nəbibəyova xarici siyasət sahəsində qərarların qəbul edilməsini dəstəkləyən informasiya-analitik sistemin işlənməsi və bununla bağlı verilənlər anbarı, OLAP və Data Mining texnologiyaları üzrə elmi araşdırmalar aparır.

O, həmçinin Azərbaycanda formalaşan e-elm mühiti çərçivəsində veb-infrastrukturun və onun əhatə etdiyi veb-saytların yaradılması ilə bağlı elmi-metodiki dəstəyi həyata keçirir.

AMEA www.science.az portalının yeni versiyası və AMEA İnformasiya Texnologiyaları İnstitutunun www.ict.az saytının layihəsinin yaradıcılarından biridir. Hazırda AMEA-nın science.gov.az rəsmi veb-portalına texnoloji dəstək onun rəhbərliyi ilə həyata keçirilir. O, uzun müddət institutun www.ict.az saytına da rəhbərlik edib. Tədqiqatçı 30-dan çox elmi əsərin müəllifidir ki, onların əksəriyyəti nüfuzlu elmi jurnallarda nəşr olunub.

G.Nəbibəyova 2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı, 2017-ci ildə isə institutun Fəxri Fərmanı ilə təltif edilib.

2018-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə “Elektron dövlət mühitində ölkələrarası inteqrasiya proseslərinin ölçülməsi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işini müdafiə edib və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2021-ci ildə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Ümumi yığıncağının qərarı ilə AMEA-nın elmi və ictimai həyatında səmərəli fəaliyyətinə görə bölmənin Fəxri Fərmanı ilə təltif olunub.

Hazırda AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri vəzifəsində çalışır.

Gülnarə xanımı institutun elmi seminarının elmi katibi vəzifəsinə təyin olunması münasibətilə təbrik edir, ona fəaliyyətində uğurlar arzu edirik!

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı