İnstitutda doktoranturaya qəbul imtahanı keçirildi Sentyabr 21, 2021 | 02:05 / Konfranslar, iclaslar

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda 2021-2022-ci tədris ili üçün fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul imtahanı keçirildi.

İmtahan prosesində institutun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov, mühəndis-proqramlaşdırıcı Həcər Əliyeva, AMEA-nın Təhsil şöbəsinin Doktorantura sektorunun müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Tubu Qasımzadə və şöbənin aparıcı mütəxəssisi Ayşən Aslanova iştirak edirdilər.

Öncə institutun icraçı direktoru Rəşid Ələkbərov çıxış edərək, iddiaçı Elnur Bağırov haqqında məlumat verdi. O, E.Bağırovun Bakı Dövlət Universitetində “Kompüter elmləri” ixtisası üzrə bakalavr,  Bakı Ali Neft Məktəbində “Biznesin idarə edilməsi” ixtisası üzrə magistr təhsili aldığını diqqətə çatdırdı. Doktoranturaya qəbul imtahanında iddiaçıya uğurlar arzuladı.

Daha sonra E.Bağırov 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktoranturaya qəbul imtahanını verdi.

Qeyd edək ki, AMEA prezidentinin 12 mart 2021-ci il tarixli 34 saylı “AMEA-da doktoranturaya və dissertanturaya qəbulun keçirilməsi haqqında” sərəncamına əsasən, institutda doktoranturaya qəbul imtahanının keçirilməsi üçün komissiya yaradılmışdır.

Komissiyanın sədri AMEA İnformasiya Texnologiyaları İnstitutunun icraçı direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, üzvləri – şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Fərhad Yusifov və mühəndis-proqramlaşdırıcı Həcər Əliyevadır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı