Elmi informasiya və elmmetriya şöbəsinin fəaliyyəti təkmilləşdirilir Avqust 05, 2021 | 09:10 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının onlayn iclasında müzakirə olunan məsələlərdən biri də Elmi informasiya və elmmetriya şöbəsinin fəaliyyətinin təkmilləşdirilməsi haqqında idi.

Bu barədə institutun elmi katibi Mədinə Səidova çıxış edərək öncə Elmi informasiya və elmmetriya şöbəsinin Elmmetrik tədqiqatlar, Antiplagiat və DOI xidmətləri və Elektron kitabxana xidmətləri sektorları haqqında məlumatları diqqətə çatdırdı.

M.Səidova bildirdi ki, jurnalların qiymətləndirilməsi, elmi jurnalların beynəlxalq akademik bazalarda təmsilçilik məsələləri, “yırtıcı” və “oğurlanmış” jurnalların aşkarlanması ilə bağlı əməkdaşlara konsaltinq xidmətlərinin göstərilməsi, magistr və doktorantlar üçün tədris kurslarının təşkili, dərsliklərin hazırlanması və s. Elmmetrik tədqiqatlar sektorunun əsas fəaliyyət istiqamətləridir.

Antiplagiat və DOI xidmətləri sektoru isə əsas etibarilə, antiplagiat xidmətlərinin təşkili və istismarının həyata keçirilməsi, elmi nəşrlərə DOI-lərin alınması və digər xidmətlərin göstərilməsi ilə bağlı “Crossref” şirkəti ilə əməkdaşlığın qurulması və s. işləri həyata keçirəcək.

M.Səidova Elektron kitabxana xidmətləri sektorunun fəaliyyəti haqqında da məlumat verdi. Qeyd etdi ki, informasiya resurslarının ABŞ Konqres kitabxanası təsnifat sistemi ilə təsnifatlaşdırılması və Alephino KİS-nə daxil edilməsi, Elektron kitabxananın texniki və proqram təminatına nəzarət, institutun elmi problemləri üzrə broşürlərin hazırlanması kimi tədbirlər bu sektorun əməkdaşlarının qarşısında duran əsas vəzifələrdir.

O, həmçinin Elektron kitabxananın fəaliyyətinin monitorinqinin nəticəsində aşkarlanan problemlər, elektron kitabxana xidmətləri ilə bağlı cari vəziyyət və digər məlumatları diqqətə çatdırdı.

Sonra məsələ ilə bağlı AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış etdi. Akademik rəhbərlik etdiyi qurumun əməkdaşlarının zəruri elmi informasiya ilə təmin edilməsinin institutun fəaliyyətinin əhəmiyyətli istiqamətlərindən biri olduğunu söylədi.

Elmi informasiya və elmmetriya şöbəsinin fəaliyyətinin müasir dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirilməsinin, şöbənin kadr potensialının gücləndirilməsinin vacibliyini önə çəkən institut direktoru, məsul şəxsləri bu struktur bölmə ilə bağlı problemlərin həllinə dəstək verməyə çağırdı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı