AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin yarımillik hesabatı dinlənildi İyul 16, 2021 | 10:54 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun AzScienceNet Şəbəkə İdarəetmə Mərkəzinin 2021-ci il  üçün yarımillik hesabatı müzakirə olundu. 

Hesabatı Mərkəzin rəhbəri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev təqdim edərək 6 ay ərzində elmi-innovasiya fəaliyyəti çərçivəsində AzScienceNet şəbəkəsinin infrastrukturunun genişəndirilməsi işlərindən söz açdı. AMEA-nın institut və təşkilatlarının yeni kompüterlərinin qoşulması, şəbəkə infrastrukturunun intellektual kommutatorlar əsasında yenidən qurulması, AzScienceNet-in texniki imkanlarının artırılması məqsədilə yaddaş və hesablama resurslarının artırılması ilə bağlı həyata keçirilən tədbirləri diqqətə çatdırdı.

Təhlükəsizlik və monitorinq sistemləri üçün alınmış texniki avadanlıqların quraşdırılması, AMEA-nın qurumlarında Wi-Fi şəbəkəsinin və Eduroam xidmətinin yaradılması, AzScienceNet-in informasiya təhlükəsizliyinin və monitorinq sistemlərinin fəaliyyətinin təmin olunmasının da elmi-innovasiya fəaliyyəti çərçivəsində həyata keçirilən işlərdən olduğunu söylədi.

AzScienceNet şəbəkəsinin GEANT şəbəkəsinə inteqrasiyası istiqamətində aparılan işlərdən söz açan məruzəçi, 3Gbit/san. İnternet trafikindən səmərəli istifadə edilməsi istiqamətində işlərin görüldüyünü, AMEA-nın Fizika institutunun nəzdində fəaliyyət göstərən GRİD elmi-tədqiqat mərkəzinin  GEANT şəbəkəsinə qoşulması və  EapConnect layihəsi çərçivəsində alınmış telekommunikasiya avadanlıqlarının quraşdırılması  işləri ilə bağlı müəyyən tədbirlərin icra edildiyini bildirdi.

B.Nəbiyev diqqətə çatdırdı ki, AzScienceNet şəbəkəsində internet xidmətlərinin təşkili, AzScienceNet üzərindən məlumatlandırma sisteminin (SMS və e-mail) genişləndirilməsi və istismarı, AMEA-nın institut və təşkilatlarında yeni xidmətlərdən  (Wi-Fi, Eduroam, Edugain və s.) istifadə edilməsinin təşkili  və s. AzScienceNet şəbəkəsində internet xidmətlərinin təşkili çərçivəsində görülən işlərdəndir.

O, respublika ali və elmi müəssisələrinin AzScienceNet şəbəkəsinin xidmətlərindən istifadə edilməsi istiqamətində işlərin aparıldığını, bu müəssisələrdə AzScienceNet şəbəkəsinin Cloud Computing, OwnCloud, eləcə də Eduroam xidmətindən istifadə edilməsinin təşkili işlərinin həyata keçirildiyini dedi.

Məruzəçi 6 ay ərzində AzScienceNet şəbəkəsinin proqram təminatının yenilənməsi istiqamətində görülən işlərdən də danışdı. Qeyd etdi ki, bu çərçivədə AzScienceNet şəbəkəsində təhlükəsizlik və monitorinqlə bağlı işlərin daha səmərəli aparılması üçün yeni proqram təminatının qurulduğunu, e-imza, mühasibatlıq və kadr işi ilə bağlı PT və sertifikatların yüklənməsinə və sazlanmasına dəstək verildiyini nəzərə çatdırdı.

Beynəlxalq təşkilatlarla əlaqələr haqqında məlumat verən B.Nəbiyev GEANT Assosasiyası ilə əməkdaşlıq çərçivəsində aparılan işlərin davam etdirildiyini, bu çərçivədə GEANT tərəfindən təşkil olunan konfranslar, iclaslar, görüşlər və treninqlərdə iştirak edildiyini, “EaPConnect E-İnfrastructure Conference” üçün hazırlıq işlərinə başlanıldığını diqqətə çatdırdı. Həmçinin AzScienceNet və Rusiya Elmlər Akademiyasının A.A.Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutunun Paylanmış Hesablamalar Mərkəzi ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu söylədi.

O, hesabat zamanı AzScienceNet  Şəbəkə İdarəetmə Mərkəzinin yeni strukturunu və AzScienceNet şəbəkəsinin Verilənlərin Emal Mərkəzinin sektorlarının həyata keçirdiyi işləri iclas iştirakçılarının diqqətinə çatdırdı.

B.Nəbiyev, həmçinin Mərkəzin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, əldə olunmuş nəticələrin KİV-də təbliği və s. ilə bağlı yerinə yetirilən işlər haqqında məlumat verdi.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, Mərkəzin yarımillik fəaliyyətini yüksək qiymətləndirdi. AzScienceNet şəbəkəsinin fəaliyyətinin yenidən təşkili və infrastrukturunun genişləndirilməsi istiqamətində təklif və tövsiyələrini səsləndirdi.

Sonra hesabat ətrafında fikir mübadiləsi aparıldı.

Elmi şuranın qərarı ilə mərkəzin fəaliyyəti qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı