Plagiatlıqla mübarizəyə həsr olunan məqalə nüfuzlu jurnalda dərc edilib İyul 15, 2021 | 08:26 / Konfranslar, iclaslar

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, institutun şöbə müdirləri - AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru Ramiz AlıquliyevRasim Mahmudovun həmmüəllif olduqları “Plagiarism in Azerbaijan: Problems and Solutions” adlı məqalə “Journal of Information Ethics” nəşrində dərc olunub. 

Məqalə Azərbaycanda plagiatlıqla mübarizə problemlərinə həsr olunub. Bu problemlərin həlli üçün, ilk növbədə, milli elektron kontentin formalaşdırılması və milli antiplagiat sisteminin yaradılmasının zəruriliyi əsaslandırılıb. Müvafiq kontentin formalaşdırılması üçün vacib olan tədbirlər göstərilib. Həmçinin milli antiplagiat sisteminin konseptual modeli təklif edilib. Plagiatlıqla mübarizənin hüquqi, ictimai qınaq və maarifləndirmə metodlarının tətbiqinə dair tövsiyələr işlənib. Azərbaycanda plagiatlığa yol açan sosial-psixoloji amillər analiz edilib və onların aradan qaldırılması yolları təklif edilib.

Qeyd edək ki, ABŞ-ın McFarland nəşriyyatı tərəfindən çap olunan “Journal of Information Ethics” Scopus bazasında indeksləşir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı