Fərdin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi metodları işlənilir İyul 15, 2021 | 10:22 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris İnnovasiya Mərkəzinin (TİM) 2021-ci il üzrə yarımillik hesabatı müzakirə olundu. Hesabatı təqdim edən mərkəzin rəhbəri, texnika elmləri üzrə fəlsəfə doktoru Rəsmiyyə Mahmudova 6 ay ərzində yerinə yetirilən elmi-tədqiqat işləri haqqında məlumat verdi. O, mərkəzdə “Fərdin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi metodlarının işlənilməsi” mövzusu çərçivəsində informasiya təhlükəsizliyi mədəniyyətinin müxtəlif aspektlərdən analiz edildiyini və strukturunun işlənildiyini, cəmiyyətin informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması ilə bağlı beynəlxalq təcrübənin analizi, fərdin informasiya təhlükəsizliyi mədəniyyətinin ölçülməsi üçün meyarlar sisteminin, fərdin informasiya təhlükəsizliyi mədəniyyətinin qiymətləndirilməsi metodunun işlənilməsi istiqamətində elmi tədqiqatların davam etdirildiyini nəzərə çatdırdı.

R.Mahmudova cari ildə jest dilinin tanınması üçün 2D və 3D modelləşdirmə sistemlərinin, əl jestlərinin tanınması sistemlərinin iş prinsipinin təhlil edildiyini bildirdi. Həmçinin e-təhsil problemləri üzrə intellektual oyun texnologiyalarının İnformatika fənninin tədrisinə inteqrasiyasının və bununla bağlı aparılan pedaqoji eksperimentlərin nəticələrinin analizi istiqamətində elmi araşdırmaların aparıldığını söylədi.

TİM-in rəhbəri mərkəzdə elmi-innovasiya fəaliyyəti çərçivəsində görülən işləri də diqqətə çatdırdı. Qeyd etdi ki, AMEA-nın magistratura pilləsində təhsil alan I kurs magistrantlar üçün ümumi fənlərdən dərs və imtahanlar, xarici dildən (ingilis dili) imtahanın onlayn qəbulu, müxtəlif proqramlar üzrə fərdi dərslər və biliklərin yoxlanılaraq sertifikatlaşdırılması işləri təşkil edilmişdir.

R.Mahmudova mərkəzin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, elmi-texniki konfranslarda iştirak, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunmuş beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri, əldə olunmuş nəticələrin KİV-də təbliği və s. ilə bağlı yerinə yetirilən işlər haqqında məlumat verdi.

AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, mərkəzin yarımillik fəaliyyəti ilə bağlı təklif və tövsiyələrini səsləndirdi, əməkdaşların elmi-nəzəri fəaliyyətinin daha da gücləndirilməsinə dair tapşırıqlar verdi.

Sonra hesabat ətrafında fikir mübadiləsi aparıldı.

Sonda Elmi şuranın qərarı ilə mərkəzin fəaliyyəti qənaətbəxş hesab edildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı