Data Mining texnologiyasının tətbiqi ilə elekton təhsilin idarə edilməsinin səmərəliyinin artırılması metodları işlənilir İyul 12, 2021 | 02:52 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 10 saylı şöbəsinin 2021-ci il üzrə yarımillik hesabatı müzakirə olunub. Hesabatı təqdim edən şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Firudin Ağayev informasiya texnologiyalarının formalaşmasının elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənməsi istiqamətində aparılan tədqiqatlar barədə məlumat verib.

O, “Education 4.0 platformasında Data Mining texnologiyasının tətbiqi ilə elekton təhsilin idarə edilməsinin səmərəliyinin artırılması metodlarının işlənməsi” mövzusu üzrə sosial şəbəkələr kontenti əsasında tələbələrin ixtisaslaşdırılması üzrə Data Mining metodlarının tətbiq olunduğunu diqqətə çatdırıb.

F.Ağayev elektron təhsildə Big Data texnologiyasının tətbiqi əsasında tələbə fəaliyyətinin təhlili və biliklərinin proqnozlaşdırılması, Data Mining metodlarının tətbiqi əsasında elektron təhsildə tələbənin fərdi trayektoriyasının müəyyənləşdirilməsi ilə bağlı aparılan tədqiqatlar və əldə olunan nəticələr barədə məlumat verib.

Şöbə əməkdaşları tərəfindən 6 ay ərzində 6  respublika səviyyəli və beynəlxalq konfraslarda çıxışların edildiyini, 2 məqalənin hazırlandığını söyləyib.

O, şöbənin elmi-innovasiya, elmi-pedaqoji, elmi-təşkilati fəaliyyəti, elmi-praktiki nəticələrin KİV-də təbliği ilə bağlı görülmüş işlərdən də söz açıb, şöbənin elmmetrik göstəricilərini seminar iştirakçılarının diqqətinə çatdırıb.  

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev hesabata dair təkliflərini səsləndirib. Education 4.0 platformasında Data Mining və Big Data texnologiyalarının tətbiqinin müasir dövrün tələbi olduğunu vurğulayıb, bu istiqamətdə beynəlxalq təcrübənin dərdindən araşdırılması və əldə olunan nəticələrin tanınmış jurnallarda nəşr edilməsinin vacibliyini önə çəkib.

Hesabatla bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.

Elmi şuranın qərarı ilə şöbənin fəaliyyəti qənaətbəxş hesab edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı