İnstitutun direktor müavini beynəlxalq forumda məruzə ilə çıxış edib İyun 30, 2021 | 12:46 / Konfranslar, iclaslar

29 iyun 2021-ci il tarixində Daşkənd şəhərində Müstəqil Dövlətlər Birliyində (MDB) informasiya təhlükəsizliyinin təmin olunması üzrə Beynəlxalq Ekspert Forumu keçirilib. 

MDB ölkələrindən 60 ekspertin qatıldığı onlayn tədbirdə informasiya təhlükəsizliyi sahəsində son tendensiyalar, rəqəmsal iqtisadiyyatın inkişafı kontekstində informasiya təhlükəsizliyinin təmin edilməsi, informasiya və kommunikasiya texnologiyalarından istifadə edərək cinayətlərlə mübarizə, informasiya mühitində insan hüquq və azadlıqlarının qorunması kimi mövzularda müzakirələr aparılıb.

Tədbirdə ölkəmizi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı,  AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini Şakir Mehdiyev, Nəqliyyat, Rabitə və Yükəsk Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi" MMC-nin direktoru Rauf Cabbarov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin direktor müavini Emil Əsgərbəyli və  Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparçı məsləhətçisi İlahə Çıraqova təmsil edib.

Forumda Ş.Mehdiyev “Rəqəmsal iqtisadiyyatının təhlükəsizliyinin təmin edilməsi problemləri” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Azərbaycanda informasiya təhlükəsizliyi siyasətinin reallaşdırılması, iqtisadiyyatın rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Rəqəmsal iqtisadiyyatın formalaşdırılmasının vacib şərtlərini şərh edib. İqtisadi təhlükəsizliyin milli təhlükəsizlik sistemində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. Rəqəmsal iqtisadiyyatın baza texnologiyalarının təhlükəsizlik məsələlərinə diqqət yönəldib. İqtisadi infrastrukturun, iqtisadi sistemlərin, o cümlədən maliyyə sisteminin, rəqəmsal iqtisadiyyat obyektlərinin informasiya təhlükəsizliyi ilə bağlı əsas təhdidlər haqqında məlumat verib. Eyni zamanda, iqtisadi subyektlər üçün təhdid yaradan xarici və daxili mənbələri xarakterizə edib. Məruzəçi çıxışının sonunda rəqəmsal iqtisadiyyatın təhlükəsizliyinin təmin edilməsi üçün bir sıra təkliflər irəli sürüb.

Qeyd edək ki, tədbirdə MDB ölkələrində kibercinayətlərlə mübarizə üzrə təhlillər aparan və təkliflər hazırlayan elmi-tədqiqat mərkəzinin yaradılması təklif olunub.

Forumun sonunda MDB çərçivəsində informasiya təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafı ilə bağlı yekun sənəd qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı