Özbəkistanlı diplomat İnformasiya Texnologiyaları İnstitutunun qonağı olub İyun 25, 2021 | 04:13 / Görüşlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunda Özbəkistanın ölkəmizdəki səfirliyinin humanitar məsələlər üzrə attaşesi Oybek Əkrəmovla görüş keçirilib. Görüşdə institutun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və ümumi işlər üzrə direktor müavini Şakir Mehdiyev iştirak ediblər.

Qonağa instititun fəaliyyət istiqamətləri, əldə etdiyi nailiyyətlər, kadr potensialı, texnoloji təchizatı, beynəlxalq əlaqələri haqqında məlumat verilib. Tərəflər institutla Özbəkistanın müvafiq qurumları arasında əməkdaşlıq məsələlərini, o cümlədən birgə elmi tədqiqatların və toplantıların keçirilməsi, təcrübə və kadr hazırlığı mübadiləsinin perspektivlərini müzakirə ediblər.  

Özbəkistanlı diplomat instititun elmi laboratoriyalarının, eləcə də, AzScienceNet Elm-Kompüter Şəbəkəsinin, Təhsil-İnnovasiya Mərkəzinin, Multimedia Mərkəzinin, Elektron Kitabxana Mərkəzinin fəaliyyəti, bu struktur bölmələrində yaradılan şəraitlə tanış olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı