Süni immun sistemlərdən istifadə etməklə yeni alqoritm işlənilib İyun 23, 2021 | 03:44 / Yeni nəşrlər

Süni immun sistemlərdən istifadə etməklə proqram təminatına Bayes metodunun tətbiqi üçün alqoritmin işlənilməsi (“Developing an algorithm for the application of Bayesian method to software using artificial immune systems”) adlı yeni məqalədə süni immun sistemlərindən istifadə etməklə proqram təminatına Bayes metodu tətbiq olunaraq yeni alqoritm işlənmişdir. 

Məqalənin müəllifi AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovadır.

Nnüfuzlu “Soft Computing” jurnalında çap olunmuş məqalədə qeyd olunub ki, süni immun sistemi nəzəri immunologiyada problemlərin həlli üçün istifadə olunan modellərdən, prinsiplərdən, mexanizmlərdən və funksiyalardan istifadə edən adaptiv hesablama sistemidir. Onun müxtəlif elm sahələrinə tətbiqi araşdırılmışdır. Süni immun sistemlərinin proqram təminatı üçün oynadığı rol  əvəzsizdir.

Tədqiqat zamanı ziyanlı proqram təminatını aşkarlamaq üçün metodlar araşdırılmışdır. Süni immun sistemi sahəsində olan bəzi ədəbiyyatların təhlili aparılmış, həll olunası məsələlər müəyyənləşdirilmişdir. Bayes metodu müəyyən şərt daxilində hər hansı bir hadisənin olma ehtimalını dəqiq hesablamağa icazə verir. İşdə süni immun sistemlərdən istifadə etməklə proqram təminatına Bayes metodunun tətbiqi bununla əlaqədardır. Bunun üçün yeni alqoritm işlənilmiş və eksperimenlər aparılmışdır. Eksperimentlər müsbət nəticə vermişdir.

Qeyd edək ki, “Soft Computing” jurnalı “Web of Science”, “CNKI”, “DBLP” “EBSCO Engineering Source”, “Google Scholar”, “CiteFactor”, “Scopus” kimi nüfuzlu elmi bazalarda indeksləşir və referatlaşır. Jurnalın impakt faktoru 3.050-dir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı