İnstitutun direktoru və şöbə müdiri GEANT Assosiasiyasının Baş Assambleyasının 24-cü iclasında iştirak ediblər İyun 23, 2021 | 09:59 / Mühüm hadisələr

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev və institutun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev 21-22 iyun 2021-ci il tarixlərdə GEANT-ın Baş Assambleyasının 24-cü iclasında iştirak ediblər. Onlayn tədbirə Avropa, eləcə də, Şərq Tərəfdaşlığı ölkələrinin Elm və Təhsil şəbəkələrindən nümayəndələr və  layihə icraçıları qoşulub.

Tədbirdə GEANT Assosiasiyasının 2020-ci il üzrə illik hesabatı təqdim edilib, eləcə də 2021-2026-ci illər üzrə strategiyası təsdiq olunub.  Bundan əlavə, GEANT tərəfindən təqdim edilən xidmətlərdə son yeniliklər haqqında məlumat verilib.

İclasda, həmçinin COVID-19 pandemiyasının Elm və Təhsil Şəbəkələrinin iş fəaliyyətinə təsiri üzrə müzakirələr aparılıb. Gələcəkdə keçirilməsi nəzərdə tutulan konfranslar və görüşlər barədə ümumi məlumat verilib.

Qeyd edək ki, Baş Assambleya GEANT-ın ən yüksək idarəetmə orqanıdır. Üzv təşkilatların nümayəndələri ildə ən azı 2 dəfə görüşürlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı