“Ağıllı şəhər” və “ağıllı kənd”lərdə informasiya təhlükəsizliyinin təmini diqqət mərkəzində olacaq İyun 05, 2021 | 07:00 / Müsahibələr, çıxışlar

“Ağıllı şəhər” və “ağıllı kənd” layihələri ölkəmizdə qurulmaqda olan rəqəmsal iqtisadiyyatın, davamlı inkişafın əsasıdır və bu sahədə dövlət siyasətinin prioritetlərindən biridir. Zəfərlə başa çatmış 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin “ağıllı şəhər” və “ağıllı kənd” layihələri əsasında bərpa olunacağını Prezident İlham Əliyev çıxışlarında bəyan edib və artıq bu istiqamətdə praktiki işlərə start verilib. Azərbaycan Respublikası Prezidenti tərəfindən 2021-ci il aprelin 19-da “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzalanıb. İşğaldan azad olunmuş ərazilərimizdə salınacaq “ağıllı şəhər” və “ağıllı kənd”lərdə normal həyat şəraiti üçün həmin yaşayış məntəqələrinin informasiya təhlükəsizliyinin təmin edilməsi vacib şərtdir. Yəni, “ağıllı şəhər” və “ağıllı kənd”, hər şeydən əvvəl, insanlar üçün rahat və təhlükəsiz olmalıdır. Üstəlik, təhlükəsizliyin özü də “ağıllı” olmalıdır. Müasir dünyada təhlükəsizliyin informasiya komponenti aparıcı rol oynayır və “ağıllı şəhər”lər də bu baxımdan istisna deyil.

Bu barədə AMEA İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru Yadigar İmamverdiyev AZƏRTAC-a açıqlamasında bildirib. O qeyd edib ki, hazırda “ağıllı şəhər”lərin informasiya təhlükəsizliyi problemləri dünyada geniş müzakirə edilir. Bir çox şəhərlərdə biometrik sistemlər, rəqəmsal konfidensiallıq siyasəti, kriptoqrafik mühafizə vasitələri və s. tətbiq edilir. Eyni zamanda, bir sıra ölkələrdə “ağıllı şəhər”lərdə fərdi məlumatların təhlükəsizliyi ilə bağlı bəzi qanunvericilik aktları qəbul edilib. Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən “ağıllı şəhər”lər sahəsində silsilə standartlar işlənməkdədir.

“Ağıllı şəhər” və “ağıllı kənd”lərdə vahid informasiya təhlükəsizliyi sisteminin yaradılması, risklərin daim qiymətləndirilməsi və azaldılması üçün adekvat tədbirlərin görülməsi, kibertəhlükəsizliyin fasiləsiz monitorinqi və vaxtaşırı auditi, insidentlərin şəffaf araşdırılması, əhalinin ümumi rəqəmsal hazırlığının yüksəldilməsi, bütün maraqlı tərəflərin bu sahədə fəaliyyətinin effektiv koordinasiyası informasiya təhlükəsizliyinin etibarlı təmin edilməsinə imkan verəcək.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı