İşğal altında olmuş ərazilərdən məcburi köçkün düşən əhalinin demoqrafik vəziyyəti ilə bağlı tədqiqatlar aparılır May 27, 2021 | 10:56 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda 15 saylı şöbənin “Qarabağın işğal altında olmuş ərazilərindən köçürülmüş əhalinin demoqrafik və tibbi-demoqrafik tərkibinin dinamikasının statistik məlumatlar və retroperspektiv proqnoz əsasında tədqiqi: tədqiqatın vəziyyəti və mövcud problemlər” mövzusuna həsr edilmiş onlayn elmi seminarı keçirildi.

Məruzəni təqdim edən şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Məsumə Məmmədova şöbədə bu istiqamətdə elmi tədqiqatların AMEA Rəyasət Heyətinin 12 yanvar 2021-ci il tarixli “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi-tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Fəaliyyət proqramı və Tədbirlər planı haqqında” Qərarı və 15 saylı şöbənin 2021-ci il üçün təsdiq olunmuş fəaliyyət planının 1.5 bəndinin icrası çərçivəsində aparıldığını qeyd etdi.

M.Məmmədova problemin aktuallığından bəhs edərək söylədi ki, 1988-ci ildən başlayan erməni işğalı nəticəsində demoqrafik proseslərdə neqativ meyllər meydana gəlmiş, lakin  son 30 ildə Qarabağın işğal altında olmuş ərazilərindən məcburi köçkün düşmüş əhalinin demoqrafik vəziyyəti ilə bağlı tədqiqatlar aparılmamışdır. Məruzəçi hazırda Qarabağa Böyük qayıdışla bağlı işğal altında olmuş ərazilərdən köçürülmüş əhalinin müfəssəl demoqrafik və  tibbi-demoqrafik tərkibinin müəyyən edilməsi aktuallığını yarandığını qeyd etdi.

O, tədqiqatın Qarabağın işğaldan azad olunmuş ərazilərindən köçürülmüş əhalinin müxtəlif kəsimlər üzrə say dinamikasında və strukturunda baş vermiş demoqrafik dəyişikliklərin təhlili və meyllərin aşkarlanması məqsədi ilə aparıldığını  söylədi.

Məruzəçi məqsədə nail olmaq  həlli nəzərdə tutulmuş məsələlər haqqında məlumat verdi. Tədqiqatçı bu məsələlərin əsas demoqrafik, tibbi-demoqrafik göstəricilərin və demoqrafik təhdidlərin müəyyənləşdirilməsi, tədqiq edilən ğöstəricilər üzrlə işğaldan azad olmuş ərazilərdən köçürülmüş əhalinin regional kəsimlərdə dəyişmə meyllərinin qiymətləndirilməsi  və  alınmış nəticələrə görə demoqrafik təhdidlərin  təhlükə səviyyəsinin təyin edilməsi, Qarabağın işğala məruz qalmış ərazilərinin əhalisinin müxtəlif demoqrafik kəsimlərdə retroperspektiv proqnozunun verilməsi və emal edilmiş indikatorlar üzrə alınmış nəticələrin  bu indikatorların mövcud  qiymətləri ilə müqayisəli təhlilinin aparılması, Vətən müharibəsinin demoqrafik fəsadlarının tədqiq edilməsindən ibarət olduğunu diqqətə çatdırdı.

Prof. M.Məmmədova elmi-tədqiqat işinin informasiya bazasının formalaşdırılması üçün istifadə edilmiş rəsmi mənbələr və görülmüş işlərdən bəhs etdi. Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonları üzrə toplanmış demoqrafik və tibbi-demoqrafik göstəricilər haqqında məlumat verdi. 

Sonra məruzənin həmmüəlifi, 15 saylı şöbənin böyük elmi işçisi Minarə Manaflı tərəfindən hazırlanmış Şuşa rayonunun nümunəsində bir sıra indikatorlarlara dair zaman sıraları təqdim edildi.

Sonda işğaldan azad edilmiş ərazilərdəki vəziyyətlə bağlı elmi-tədqiqat işinin informasiya bazası və göstəricilər sisteminin formalaşması ilə bağlı problemlər və növbəti addımlar müzakirə edildi, suallar cavablandırıldı. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı