Süni intellektin internet reklam sahəsində tətbiqi ilə bağlı məruzə təqdim olunub May 26, 2021 | 12:59 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 18 saylı şöbəsinin “Süni intellektin  internet  reklam sahəsində  tətbiqi  məsələləri  və perspektivləri” mövzusuna həsr olunmuş seminarı keçirilib.

Şöbənin baş mütəxəssisi Kəmalə Haşımova  mövzu ilə bağlı çıxış edərək süni intellektin alqoritm və texnologiyaların ümumi adı və insan intellektinin hədəfi olduğunu bildirib. Qeyd edib ki, insan davranışları, rəqəmsal məntiq, hərəkət, nitq və səsin tanınması kimi bir çox imkanlara malik proqram və aparat sistemidir. Süni intellekt nəticəsində kompüterlər insanlar kimi düşünür.

Reklam vasitələrindən söhbət açan məruzəçi hazırda daha geniş yayılmış “Billboard” reklam lövhələrinin üstünlüyündən danışıb. Onlardan ilk dəfə Amerikada istifadə edildiyini, bu kimi reklam vasitələrinin insanların daha sıx hərəkət etdiyi küçə və şosse yollarda quraşdırıldığını deyib. Əlavə edib ki, onları quraşdırarkən hər cür hava şəraitinə uyğunluğu da nəzərə alınır.

Məruzəçi “QR kod” (rəqəmsal barkod) haqqında ərtaflı məlumat verərək bildirib ki, onun statik və dinamik növləri var. İlk olaraq “QR kod” Yaponiya avtomobil sənayesi üçün yaradılmışdır.

Statik QR kodda həqiqi hədəf olaraq veb sayt URL (vizit kartı, e-poçt, sms və s. ola bilər) birbaşa QR koduna yerləşdirilir və dəyişdirilə bilməz. Dinamik QR kodda isə QR kod”una qısa bir URL yerləşdirilir və bu istifadəçini istənilən veb saytına şəffaf şəkildə yönləndirir. Bu, yalnız URL ünvanlarına aid deyil. Vizit kartı, pdf faylı və s. kimi şəxsi, korporativ məqsədlər üçün etibarlıdır.

K.Haşımovanın sözlərinə görə, reklam olunan məhsullarla yanaşı marketinq fəaliyyətinin inkişafında süni intellektin tətbiq edildiyi sahə kimi son zamanlar robot və dronlar daha aktualdırlar. Bağlamaların dronlar vasitəsi ilə çatdırılması dünyanın ən böyük şirkətlərinin və pərakəndə ticarətçilərinin poçt çatdırılması sahəsində yeniliyidir. Dronlarla ilk dəfə sifarişləri müştərilərə çatdırmaq üçün pilotsuz təyyarələrdən istifadə edən ABŞ-ın “Amazon” şirkəti olmuşdur.

Artıq xeyli populyarlaşmış dronlar çox sahələrdə insanların yardımına çatır. Fövqaladə hallar zamanı köməksiz vəziyyətdə qalanlara, dağlıq ərazilərdəki alpinistlərə, əsgərlərə lazımı avadanlıqların, yeməklərin və s. çatdırılmasında dronlardan istifadə olunur. Ağıllı iş – IVR müstəqil çağrı iş mərkəzidir. Burada robot operatorlardan istifadə olunur. Robot operatorların istifadəsi insan əməyinin yüngülləşməsinə gətirməklə yanaşı, iş zamanı insan faktorunun sayını da azaldır.

Sonra o, “ağıllı” əşyalara nümunə olaraq “Amazon” şirkətində satılan bir neçə qurğunu göstərib.

O, qeyd edib ki, “Google AdSense  (əvvəllər Google AdWords və Google AdWords Express) — “Google” şirkətinin kontekst reklam xidmətidir. Proqram avtomatik olaraq veb-saytlarda mövzuya uyğun mətn və qrafik məlumatlar yerləşdirir. Sayt rəhbərləri bu kimi reklamlara görə gəlir əldə edirlər. Son zamanlar marketinq zəkası və neyromarketinq kimi yeni terminlər meydana gəlmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı