Kompüter şəbəkələrinin intellektual proaktiv monitorinqi məsələləri araşdırılır May 25, 2021 | 10:05 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 2 saylı şöbəsinin növbəti onlayn elmi seminarında “Kompüter şəbəkələrinin intellektual proaktiv monitorinqi metodu” mövzusunda müzakirələr aparıldı.

Məruzəni təqdim edən institutun baş elmi işçisi, texnika üzrə fəlsəfə doktoru, dosent Ramiz Şıxəliyev kompüter şəbəkələrinində baş verə biləcək problemlərin vaxtında aşkar edilməsi üçün intellektual proaktiv monitorinqin həyata keçirilməsinin vacib olduğunu qeyd etdi.

R.Şıxəliyev ənənəvi şəbəkə monitorinq sistemləri və onların kompüter şəbəkələrinin monitorinqində istifadəsindən, bu sistemlərin nöqsanları haqqında məlumat verib və onların aradan qaldırılması üçün maşın təlimi metodlarından istifadə etməklə proaktiv monitorinq metodlarının işlənilməsinin zəruri olduğunu bildirdi.

Sonra R.Şıxəliyev kompüter şəbəkələrinin proaktiv monitorinqi üçün dərin neyron şəbəkələrindən biri olan LSTM (Long Short-Term Memory) alqoritmlərindən ibarət ansambldan istifadə edilməsinə əsaslanan metod təklif edildiyini söylədi. Kompüter şəbəkələrinin intellektual proaktiv monitorinqinin şəbəkə davranışının proqnozlaşdırılmasına əsaslandığını və proqnozların dəqiqliyinə nail olmaq üçün vahid baza öyrənmə alqoritmindən ibarət olan bircins ansambldan istifadə edildiyini diqqətə çatdırdı. Təklif olunan metodun kompüter şəbəkələrinin problemlərinin proqnozlaşdırılmasında nisbətən yüksək dəqiqlik əldə etməyə imkan verəcəyini və proaktiv monitorinq sisteminin kifayət qədər səmərəliliyini təmin edəcəyini vurğuladı.

Sonda məruzə ətrafında müzakirələr aparıldı, suallar cavablandırıldı. Şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev mövzu üzrə bir sıra tövsiyə və təkliflərini səsləndirdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı