İnstitutun 50 illiyinə həsr olunmuş ekspres-informasiyalar nəşr olunacaq Aprel 27, 2021 | 10:49 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında müzakirə olunan məsələlərdən biri də institutun elmi istiqamətləri üzrə 2020-2021-ci illərdə hazırlanmış ekspres-informasiyalar haqqında idi.

Bu barədə çıxış edən institutun elmi katibi Mədinə Səidova ötən il ərzində elektron tibb, informasiya (kiber) təhlükəsizliyi, elektron elm, Big Data, proqram mühəndisliyi, internet sosiologiyası problemləri üzrə 6 ekspres-informasiyanın çap olunduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, institutun 50 illiyinə həsr olunmuş, bulud texnologiyaları, elektron dövlət və informasiya iqtisadiyyatı problemləri üzrə 3 ekspres-informasiya nəşrə hazırlanır.

Sonra AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, ekspres-informasiyaların institutda aparılan elmi tədqiqatlarla bağlı məlumatların ictimaiyyətə çatdırılması baxımından zəruri olduğunu bildirdi, əməkdaşları bu işdə fəal iştiraka çağırdı.

Sonda institutun yaradılmasının 50 illik yubileyi üçün hazırlanmış loqo nümayiş etdirilərək müzakirə olundu, təklif və tövsiyələr səsləndirildi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı