Kursk şəhərində institutun həmtəşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək Aprel 24, 2021 | 11:27 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında müzakirə olunan məsələlərdən biri də institutun həmtəşkilatçılığı ilə 14-17 sentyabr 2021-ci il tarixlərdə Rusiyanın Kursk şəhərində keçiriləcək “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular – Tanıma-2021” (Оптико-электронные приборы и устройства в системах распознавания образов и обработки изображений – Распознавание-2021) XVI beynəlxalq konfransında iştirak haqqında idi.

Bu barədə çıxış edən institutun elmi katibi Mədinə Səidova bildirdi ki, tədbir Rusiyanın Təhsil və Elm Nazirliyinin rəhbərliyi altında Rusiya Elmlər Akademiyası (REA) “İnformatika və idarəetmə” Federal Tədqiqat Mərkəzi, REA Rəyasət Heyəti yanında Təsvirlərin Analizi və Obrazların Tanınması üzrə Milli Komitə, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu, “Elm və Texnologiya” Nəşriyyatı, Milli Tədqiqat Tomsk Dövlət Universiteti, “REA-nın Kareliya Elmi Mərkəzi” Federal Tədqiqat Mərkəzi və Cənub-Qərb Dövlət Universiteti tərəfindən təşkil edilir.

Konfransın əhəmiyyətindən bəhs edən məruzəçi artıq 6-cı ildir ki institutun həmtəşkilatçılığı ilə keçirilən beynəlxalq elmi-texniki konfransa qəbul olunmuş məqalələr haqqında məlumat verdi.

Sonda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, rəhbərlik etdiyi qurumun Azərbaycan Milli Elmlər Akademiyasını bu kimi beynəlxalq elmi konfranslarda yüksək səviyyədə təmsil etməsinin vacibliyindən söz açdı, institutun aparıcı alimlərinin konfransa öz töhfələrini verəcəklərinə əminliyini ifadə etdi. Akademik, konfransın digər həmtəşkilatçıları ilə birgə elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruriliyini vurğuladı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı