İnstitutun şöbə müdiri Tofiq Kazımovu 70 illik yubileyi münasibətilə təbrik edirik! Aprel 10, 2021 | 03:45 / Yubileylər

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımovun 70 yaşı tamam olur.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımovun 70 illik yubileyi ilə bağlı müzakirələr aparıldı.

Öncə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək T.Kazımovun institutun çoxillik fəaliyyəti və inkişafında xidmətlərindən danışdı.  Alimin 40 ildən çoxdur ki bu qurumda səmərəli elmi fəaliyyətlə məşğul olduğunu, intellektual bir kollektivə rəhbərlik etdiyini vurğuladı.

Tofiq müəllimin institutun elmi və təşkilati həyatında hər zaman yüksək təşəbbüskarlıq nümayiş etdirməklə həmkarları və bütün əməkdaşlar arasında böyük hörmət qazandığını dedi.

Akademik R.Əliquliyev yubilyarı institutun rəhbərliyi, eləcə də Elmi şuranın üzvləri adından təbrik etdi, ona möhkəm can sağlığı, elmi fəaliyyətində uğurlar arzuladı.

Sonra T.Kazımov 70 illik yubileyi münasibətilə institutun Fəxri Fərmanı ilə təltif edildi.

Yubilyar öz çıxışında fəaliyyət göstərdiyi bütün illər ərzində institutun rəhbərliyi tərəfindən böyük diqqət və qayğı gördüyünü qeyd etdi, səmimi sözlərə və xoş arzulara görə R.Əliquliyevə təşəkkürünü bildirdi.

Qeyd edək ki, Tofiq Kazımov 1986-cı ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda şöbə müdiri kimi fəaliyyətə başlamışdır. Alim bu müddət ərzində kənd təsərrüfatı, əhaliyə məişət xidməti, texniki-peşə təhsili avtomatlaşdırılmış idarəetmə sistemlərinin yaradılmasında iştirak etmişdir. 

T.Kazımov 2000-ci ildə baş elmi işçi (dosent) adını almışdır. 

2005-ci ildə elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA-nın 60 illiyi ilə əlaqədar olaraq “AMEA prezidentinin Fəxri Fərmanı” ilə təltif olunmuşdur.

T.Kazımov son illərdə “Euromath” kompüter şəbəkəsində informasiya sistemlərinin, İNTERNET şəbəkəsində veb səhifələrin, milli klaviaturanın yaradılması, tədris prosesinin avtomatlaşdırılması, azərbaycandilli mətnlərin kompüterdə səsləndirilməsi, elektron jurnalların hazırlanması, sifət təsvirlərinin həndəsi xarakteristikalarına əsasən insanın tanınması, naqilsiz sensor şəbəkələrində məkanın təyin edilməsi, müxtəlif təyinatlı KİS-lərin yaradılması və s. problemlər üzərində çalışır. 

Onun rəhbərliyi ilə bir neçə doktorant və dissertant müvafiq sahə üzrə dissertasiya mövzuları üzərində işləyirlər.

Alim 100-dən artıq elmi məqalənin, bir ixtiranın, beş kitabın müəllifidir. Bunlardan 60-dan çoxu xarici elmi mətbuatda dərc edilmişdir. 

İnstitutun Tədris-İnnovasiya Mərkəzində pedaqoji fəaliyyət göstərir. 

2015-ci ildə uzunmüddətli elmi və elmi-təşkilati fəaliyyətinə görə AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin Fəxri Fərmanı ilə təltif olunub. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı